Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-964/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Binəqədi rayon Polis İdarəsi tərəfindən İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol toplanmış materialla birlikdə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət məhkəməyə verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən Bakı Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi «VAZ 21074» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkət edərkən anidən qarşısında hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil hər hansı bir işarə etmədən hərəkət sürətini azaltmışdır. O da həmin avtomobilin hərəkət sürətini azatlmasını güman edib tələsdiyinə görə qarşı hərəkət istiqamətinə çıxmaqla hərəkətini davam etdirə biləcəyini düşünmüşdür. Bu məqsədlə həmin avtomobilin sol tərəfinə keçməklə ötmə əməliyyatı aparıb qarşı hərəkət istiqamətinə çıxan zaman qarşısında sola tərəf dönmə əməliyyatı aparan «Mercedes Benz» markalı avtomobilin olmasını görmüşdür. Lakin həmin an artıq «Mercedes Benz» markalı avtomobillə aralarında məsafə az olduğundan tormoz əyləcindən istifadə etsə də, idarə etdiyim avtomobil qabaq tərəfi ilə «Mercedes Benz» markalı avtomobilin arxa sol tərəfinə dəymişdir. Həmin zaman zərbənin təsirindən «Mercedes Benz» markalı avtomobil yerində fırlanaraq avtomobilin arxa tərəfi yolun hərəkət hissəsinin kənarındakı dəmir maneələrə dəyərək dayanmışdır. Hadisə ehtiyatsızlıqdan baş vermiş və hadisə nəticəsində idarə etdiyi avtomobildə sərnişin kimi olan arvadı X5 yüngül dərəcəli bədən xəsarəti almışdır. Odur ki, məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi qərarından görünür ki, Binəqədi RPİ-də X2 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:40 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21074» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində saatda 50-55 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yəni avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, 1.1 üfüqi nişanlama xəttini kəsib keçərək qarşı hərəkət zolağına çıxmamalı, qarşı əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamaqla baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək idarə etdiyi avtomobilin qabaq tərəfi ilə yolun hərəkət hissəsinin soluna tərəf dönmə əməliyyatı aparmaq istəyən X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E200» markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qanadından vurmaqla toqquşma ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı «VAZ 21074» markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X1 yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. X2 yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx.xx.2021-cu il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq onun İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-964/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-964/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver