Məhkəmə qərarları › İş №3(001)-969/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-969/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-969/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 20 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 20 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda X2 döymüşdür. X1 ərizəsi əsasında Binəqədi RPİ-in İŞ-də araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Daha sonra Şəxs barəsində 20 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in 4-cü PŞ-in sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətmədiyini bildirmişdir. Məhkəmə iş üzrə icraata xitam verilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda X2 döyməsi faktı üzrə cinayət işi başlanması həmin tarixdə rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, Şəxs bu inzibati xətaya görə ən geci xx.xx.2025-ci il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Halbuki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 20 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 20 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cinayət işi başlanmasının rədd edilməsindən üç ay keçdiyindən bu, işin icraatını rədd edən haldır və buna görə də başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 20 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar