Məhkəmə qərarları › İş №3(001)-971/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-971/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-971/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Elnara Nurmamedovanın inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Elnara Nurmamedova şikayətlə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra Elnara Nurmamedova vəsatətlə məhkəməyə müraciət edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti nəzərə alaraq hesab edir ki, Elnara Nurmamedovanun vəsatəti təmin edilməli, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Elnara Nurmamedovanın inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət geri qaytarılsın. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar