Məhkəmə qərarları › İş №3(001)-973/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-973/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-973/2023 10.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialların baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, iş materialları təhlil edilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti düzgün göstərilməmişdir. Çünki səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 333.1-ci maddələrinin dispozisiyası qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:... 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İş materiallarından isə görünür ki, Şəxs barəsində İXM-in 332.1, 327.2 və 333.1-ci maddələri ilə təqsirli bilinməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, qanunverciliyin tələblərinə əsasən 48 saat müddətində baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli olduğu halda, həmin inzibati xəta haqqında protokol 07 mart 2023-cü il tarixdə baxılması üçün göndərilmiş və həmin tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri həmin Məcəllənin 43.1-ci maddəsinin tətbiq dairəsinə düşmür. Yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq rayon (şəhər) məhkəmələrinə aid deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar