Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-975/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X3 inzibati tənbeh vermə haqqında qərarlardan (cəmi 12 qərar) verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, şikayət ictraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, şikayətə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarlar əlavə edilməmişdir. Həmin qərarların şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Həmin qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətanın törədilmə yeri, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyinin yoxlanması məhz qeyd olunan məlumatlar əsasında həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayət verən X5 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə yaşadığı yer üzrə baxılması üçün vəsatət verməmişdir. Eyni zamanda şikayətə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarlar əlavə edilmədiyindən inzibati xətanın törədildiyi yeri də müəyyən etmək mümkün deyil. Bundan əlavə, inzibati tənbeh vermə haqqında qərarların şikayətdə göstərilmiş tarixlərindən görünür ki, onlar 2024-cü ilin avqust-sentyabr aylarında çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. X2 qərarlardan məhkəməyə şikayəti xx.xx.2025-ci il tarixdə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsində göstərilmiş müddət ötdükdən sonra vermiş, verdiyi şikayətə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. R.Z.Hüseynov şikayətin məzmununda sözügedən qərarlardan xx.xx.2025-ci il tarixdə məlumatı olduğunu qeyd etsə də, şikayətə buna dair sübut əlavə etməmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.1 və 106.0.2-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı və işin baxılmasını istisna edən hallar mövcudluğu məsələsini həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılsın. X4 izah edilsin ki, nöqsanları aradan qaldırıb şikayətlə inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-975/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-975/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver