Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-978/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə sat 12:20 radələrində Koreya Respublikasından yeni gələn avtomobilini gömrük rəsmiləşdirməsindən keçirmiş, avtomobili texniki baxışdan keçirib, qeydiyyat nişanını almışdır. Qeydiyyat nişanını aldıqdan sonra gömrük terminaldan kənar dairəvi yola çıxan zaman DYP əməkdaşı onu saxlayıb, texniki baxış zamanı alın şüşəsindəki bir neçə hissədən cırılmış plyonkaya görə cərimə yazmışdır. Koreya Respublikasından gələn avtomobillərdə plyonka olduğuna görə texniki baxışda həmin plyonka söküldükdə nasazlıq kimi qəbul olunmur, sonradan tam şəkildə təmizlənir. Odur ki, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv ediliməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X5 tərəfindən X3 adına istənilən ölkədən nəqliyyat vasitəsinin almaq, sürüb gətirmək, qeydiyyata salmaq və bununla bağlı sənədləşmə işləri aparmaq, nəqliyyat vasitəsinin üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixli, **********2787 nömrəli gömrük bəyannaməsindən görünür ki, X5 tərəfindən Koreya Respublikasından “KİA K3” markalı avtomobil idxal olunmuşdur. BB 524330 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “KİA K3” markalı, **- RC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 12:32-də Kənar dairəvi yolda “KİA K3” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkilmiş vəziyyətə idarə etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, “KİA K3” markalı avtomobil xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına idxal edilmiş, həmin tarixdə gömrük rəsmiləşdirməsindən keçirildikdən sonra, nəqliyyat vasitəsi texniki baxışdan keçirilmiş və X2 adına qeydiyyata alınaraq, BB 524330 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edilən avtomobil Azərbaycan Respublikasına idxal edilərkən və texniki baxışdan keçirilərkən ban şüşəsində qanunla tətbiqinə icazə verilməyən örtük olmuş, nəqliyyat vasitəsi idxal olunduğu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün inspektoru tərəfindən “KİA K3” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə onu göstərir ki, KİA K3” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ban şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük X4 tərəfindən çəkilməmiş, nəqliyyat vasitəsinin ban şüşəsində olan örtüyün sökülməsi üçün vaxt və şərait olmamışdır. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-978/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-978/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver