Məhkəmə qərarları › İş №3(001)-979/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-979/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-979/2024 29.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, X1 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs Arif oğlunun "xxxx" MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini sübut edən hər hansı bir mötəbər sübut yoxdur. Zərərçəkmiş şəxs Arif oğlunun məhz X8 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini sübut edən hər hansı bir mötəbər sübut yoxdur. İdarənin qənaətinin inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsiri barədə hansı təkzibedilməz faktiki məlumatlara əsaslanması bəlli deyil. Yalnız şikayət edən şəxsin şikayətinə əsaslanmaqla Qərar qəbul edilməsi qanuni deyil. E.İ.Niyazov Zərərçəkmiş şəxs Arif oğlu ilə heç bir görüş keçirməmiş, onu tanımır, onu işə cəlb etməmişdir. E.İ.Niyazov həmin dövrdə həm də “Aztelekom” və "xxxx" MMC-nin rəhbəri vəzifələrini icra edən şəxs olduğundan heç “Azeronline” inzibati ofisində nadir hallarda olurdu. Bunun əksini sübut edən hər hansı bir dəlil E.İ.Nİyazovun təqsirini sübut etməli olan İdarə tərəfindən göstərilməmiş, istinad edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi və onun vəkili şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdirlər ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, Zərərçəkmiş şəxs Arif oğlunun Elçin Niyazov tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sübutlar mövcud olmadığından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi şikayətin təmin edilməsi üçün əsas olmadığını və rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İşdə materiallarınbda olan və tədqiq edilən: İnzibati Xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli Yasamal rayon prokuroru, Baş ədliyyə müşaviri, X5 qərarından görünür ki, "xxxx" MMC-nin sabiq Baş direktoru X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar toplanmış materialla birlikdə inzibati tənbeh tətbiq edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidmətinə göndərilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarına əsasən vətəndaş Zərərçəkmiş şəxs Arif oğlunun "xxxx" MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək AR-nın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əməliyyatçı vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edildiyi,nəticədə Elçin Niyazov tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən "xxxx" MMC-dən daxil olmuş 3206 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsinə dair CD diskə əlavə edilmiş məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən X16 adlı ünvanda olmuşdur. İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 2023cü ilin yanvar ayında "xxxx" MMC şirkətinə email vasitəsilə işə qəbul anketi göndərmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC insan resursları şöbəsindən ona zəng edilərək “X16 adlı binanın 4-cü mərtəbəsinə çağrılmışdır. Orada onunla insan resursları şöbəsinin Fidan Abbasova adlı əməkdaşı müsahibə apararaq təxminən 10-15 gün qeyri-rəsmi işləməli olacağını, işi öyrənəcəyini bildirmişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə “X16 adlı binanın 4-cü mərtəbəsinə "xxxx" MMC-də əməliyyatçı mühasib kimi işə başlamışdır. İşə hər gün gedərkən X17 adlı binanın 1-ci və 4-cü mərtəbələrində “Gesco” mühafizə şirkətinin mühafizə əməkdaşalrının kitabında binaya və "xxxx" MMC-nin ofisinə daxil olmasını təsdiq edən imzasını çəkmişdir. 22 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin şöbə rəisi Vüsal Ramazanov onu çağırmış və "xxxx" şirkətinə işə qəbul olunmaq üçün ərizə yazmalı olduğunu, lakin həmin şirkətə işə qəbul olunsa da "xxxx" MMC-də əməliyyatçı vəzifəsində işləyəcəyini bildirmişdir. xx.xx.2021-ci iil tarixli AZ07/21 saylı müqaviləyə 1 nömrəli əlavədən görünür ki,sifarişçi "xxxx" LTD icraçı "xxxx" MMC aralarında 7 adda xidmət növü üzrə icraçı öz işçiləri hesabına sifarişçiyə onun bildirdiyi ünvanlarda xidmət göstərməyi öz öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol, qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Məhkəmə qeyd edir ki, şikayətçinin şikayətində qeyd etdiyi hallar inzibati tənbeh tətbiq edilməsinə dair qərarın əsassızlığına səbəb olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs "xxxx" MMC ilə əmək müqaviləsi bağlasa da o, faktiki olaraq "xxxx" MMC-də işlərin yerinə yetirilməsini təmin etmiş, əmək fəaliyyətini fakiki olaraq "xxxx" MMC-də həyata keçirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhz "xxxx" MMC-yə öz anket məlumatını göndərməsi, onun həmin şirkətin əməkdaşı tərəfindən işə qəbul üçün müsahibəyə dəvət edilməsi, ilkin danışıqların məhz həmin şirkətin ofisində baş tutması və həmin şirkətin Vüsal Rzayev adlı şöbə rəisi işləyən əməkdaşı tərəfindən ona əmək müqaviləsinin "xxxx" MMC ilə bağlanacağını bildirməsi və daha sonra xx.xx.2024-cü il tarixdə sonuncu adı çəkilən şirkətlə əmək müqaviləsinin bağlanması X7 məsuliyyətini istisna etmir. Tərəflər arasında yaranmış münasibətlərdən görünür ki, əslində "xxxx" MMC özü işə qəbul üçün vətəndaşı müsahibəyə çağırmış və qeyri-rəsmi sınaq müddəti təyin etməklə rəsmi prosedurun həyata keçirilməsi mərhələsi "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Odur ki, məhkəmə X7 şikayətində və məhkəmədə qeyd etdiyi halları onun məsuliyyətdən yayıınmaq cəhdi kimi qiymətləndirərək, həmin arqumentlərin işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar