Məhkəmə qərarları › İş №3(001)-981/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-981/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-981/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ16153306, EQ16152453, EQ16187590, EQ16315004, EQ16502832, EQ16583947, EQ16644825 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ16153306, EQ16152453, EQ16187590, EQ16315004, EQ16502832, EQ16583947, EQ16644825 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X1 müraciətinə baxılması üçün verilmiş şikayət ərizəsi düzgün tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, inzibati tənbeh vermə haqqında qərarlardan bir şikayət ərizəsi ilə mürciət edilmişdir. Halbuki hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə müraciət edilməli idi. Beləliklə, qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ16153306, EQ16152453, EQ16187590, EQ16315004, EQ16502832, EQ16583947, EQ16644825 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ16153306, EQ16152453, EQ16187590, EQ16315004, EQ16502832, EQ16583947, EQ16644825 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair müraciəti geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar