Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-982/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Binəqədi rayonu, Beynəlxalq Avtovağzalın ətrafında xx.xx.2023-cü il tarixində saat 12:15-də Mercedes markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti aşkar edilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs protokola əlavə edilmiş foto şəkillərdəki obyekt ilə əlaqəsinə dair hər hansı bir təsdiqedici sənəd iş materiallarına (məktubda qoşmada adları qeyd edilsə də iş materiallarında mövcud deyildir) əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən İXM-nin 552-ci maddəsi üzrə inzibati xətanın subyekti olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs iştirakı təmin edilməmiş, həmçinin protokolda fiziki şəxsin izahat və qeydlər verməsi üçün nəzərdə tutulmuş hissədə yalnız “imtina etdi” və digər hissədə isə “izahat vermədi” yazılmışdır. Həmçinin həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imzası heç bir yerdə öz əksini tapmamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat və qeydlər verməkdən əlavə protokolun surətini almaqdan imtina etməsi barədə inzibati orqanın əməkdaşları tərəfindən heç bir akt tərtib edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət edilərək, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə, protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Həmçinin, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış və ya belə qeydiyyatın aparılmamamasının səbəbləri göstərilməmişdir. İnzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə şəxsən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, hüquqi şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-982/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-982/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver