Məhkəmə qərarları › İş №3(001)-993/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-993/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-993/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.2-ci maddəsi ilə tərtib edilmiş 15 may 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol”un icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə Şəxs MMC barəsində tərtib edilmiş 15 may 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 3(001)-6747/2024 saylı qərardadından görünür ki, sözügedən inzibati xəta haqqında protokol natamam olduğundan, işə baxılarkən natamamlığı tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadı qüvvədədir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan qərardadda göstərilmiş natamamlığı aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. İlk növbədə qeyd olunur ki, Şəxs MMC-nin barəsində İXM-nin 469.2-ci maddəsi ilə tərtib olunmuş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli protokolda işə baxılarkən tamamlamaq mümkün olmayan natamamlıqlar vardır, buna dair qüvvədə olan məhkəmə qərardadı mövcuddur, protokolu tərtib etmiş orqan isə natamamlığı aradan qaldırmadan protokolu məhkəməyə göndərmişdir. Qüvvədə olan məhkəmə qərardadını nəzərə alaraq, hesab edirəm ki, protokolu tərtib etmiş orqan natamamlığı aradan qaldırdıqdan sonra protokolu məhkəməyə göndərməli idi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İXM-nin 106.0 və 106.0.3-cü maddələrinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: ...inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi... İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: ...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibait xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və İXM-nin 106 və 109-cu maddələrini təhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan xətan törətməsi haqqında 15 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar