Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-997/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İXP ******* seriyalı, 02.03.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, iş materiallarına əlavə olunmuş materialdan görünür ki, Şəxs İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Odur ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsinin, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130, 529.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması cəzası təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev AZƏRBAYCAN RESPUBLİKASİNİN BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 1116 Bakı şəhəri, Şəxs 7 mkr, A.Kunanbayev küç.4E Ünvan: ünvan 1 Tel.: ***-***-**-** 3-cu mərtəbə Zal 8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə 20 aprel 2022-ci il Ünvan: Bakı şəhəri, Yasamal rayonu, 3(001)-997/2022 A.Salamzadə küçəsi 1055 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 3(001)- 997/2022 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti – 02 (iki) vərəqədə Hakim Abbas Rzayev İş № 3(001)-997/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 20 aprel 2022-ci il Bakı şəhəri Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Saat 14:10 dəqiqədə məhkəmə iclası açıq elan olunur. Hakim məhkəmə iclasını açaraq Şəxsnun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakimin icazəsi ilə iclas katib məruzə edərək bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Hakim Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hakim inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq nəzərdən keçirir. Hakim müşavirə otağına gedir, qayıdaraq qərarı qəbul edir. Qərardan şikayət vermə müddət və qaydasını izah edir. Məhkəmə iclası 14:20 dəqiqədə bağlı elan olunur. Hakim: Katib: AZƏRBAYCAN RESPUBLİKASİNİN BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 1116 Bakı şəhəri, Azərbaycan Respublikası Daxili İşlər 7 mkr, A.Kunanbayev küçəsi 4 E Nazirliyi Baş X3 İdarəsinin rəisi, polis Tel.: ***-***-**-** general-mayoru _________ 2022-ci il cənab Ramiz Zeynalova 3(001)-997/2022 Hörmətli Ramiz müəllim! Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 3(001)- 997/2022 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti – 02 (iki) vərəqədə Hörmətlə, Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-997/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-997/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver