Məhkəmə qərarları › İş №3(001)-998/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-998/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-998/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi il, Şəxs Azərbaycan Respublikasının İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in 10 yanvar 2024-cü il tarixli müşayiətedici məktubu ilə Şəxs Azərbaycan Respublikasının İXM-in 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 29 dekabr 2023-cü il tarixli MN seriyalı ******* №-li İnzibati Xəta haqqında Protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 45-ci bəndinə əsasən İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 45.1. malların istehsalına münasibətdə (qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalı istisna olmaqla) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – bu Siyahının 40-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 45.2. qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 45.3. qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalına və ya satılmasına, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Göründüyü kimi Azərbaycan Respublikasının İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (səlahiyyətli vəzifəli şəxslərinin) inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;.... Eyni Məcəllənin 109.1-ci və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana – Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-dən daxil olmuş 29 dekabr 2023-cü il tarixli MN seriyalı ******* №-li İnzibati Xəta haqqında Protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar