Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1/2025 26.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanında yerləşən evin mişar daşları ilə hörülmüş təxminən 20 metr uzunluğunda hissəsi divar qonşuluğunda yaşayan X3 tərəfindən uçurulmuş və nəticədə ona maddi ziyan dəymişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə X1 Kamil Günəş oğluna məxsus ünvan 2 ünvanında yerləşən evin arxa hasarın bünövrə hissəsinə tökülmüş beton örtüyü təmir-tikinti alətləri ilə dağıdıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə hazırki iclasın inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edir. Məhkəmənin 25 sentyabr 2024-cü il tarixli iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri və E.Zimmermanın söküntü işləri aparması zamanı Zərərçəkmiş şəxs tərəfindən çəkilmiş fotoşəkilləri tərtib edilmiş protokola əlavə edilmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edildiyini və toplanmış materialda İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan X2 inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edildiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, toplanmış material üzrə hadisə yerinə baxış keçirilərək ərazidə Zərərçəkmiş şəxs məxsus evin qəzalı vəziyyətə düşüb-düşməməsini müəyyən etmək üçün mütəxəssis ayırılması məqsədi ilə Azərbaycan Respublikası FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi sorğu göndərilmiş və cavab olaraq Agentliyin mütəxəssislərinin məhdud sayda olduğu nəzərə alınaraq tədqiqatın aparılmasının imkan xaricində olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs memarlıq bürosu tərəfindən proyekti verilməyən, dövlət qurumları tərəfindən tikintiyə icazə verilməyən qanunsuz tikililərin arxası ona məxsus olan torpaq sahəsinin sərhədini təşkil edir və həyətyanı sahəsində torpağın üzərindən sement zolağı tikilmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunmamışdır. Həmçinin hazırki iclasda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, onun həyətində qonşusu Zərərçəkmiş şəxs özbaşına yaratdığı beton zolağı qəsdən məhv etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Qaradağ rayon Məhkməsinin qərarı ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən evin mişar daşları ilə hörülmüş təxminən 20 metr uzunluğunda arxa divarı qonşuluğunda yaşayan X3 tərəfindən uçurulmuş və nəticədə ona 670 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyanın məbləği onun həmin divarın tikintisinə çəkdiyi xərclərə münasibətdə müəyyən edilmişdir. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/925 nömrəli ilkin yoxlama materialı üzrə hər hansı bir şəxs (şəxslərin) hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan X2 inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Zərərçəkmiş şəxs məxsus olan ünvan 4 ünvanında yerləşən evin mişar daşları ilə hörülmüş təxminən 20 metr uzunluğunda evinin arxasında divar qonşuluğunda yaşayan X3 tərəfindən uçurulmuş və nəticədə ona maddi ziyan dəymişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə X1 Kamil Günəş oğluna məxsus ünvan 5 ünvanında yerləşən evin arxa hasarın bünövrə hissəsinə tökülmüş beton örtüyü təmir-tikinti alətləri ilə dağıdıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən təqdim edilmiş hadisə yerinin fotoşəkilləri və E.Zimmermanın söküntü işləri aparması ilə bağlı çəkilmiş fotoşəkilləri iş materiallarına əlavə olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il 10/8704 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal küçəsi, Dəmiryolçular küçəsi massiv 1, ev 46 mənzilin arxasında yerləşən mişar daşları ilə hörülmüş divardakı zədələrin, məhkəmə iclasında təqdim olunmuş fotoşəkillərdə əks olunmuş hərəkətlər nəticəsində əmələ gəlib-gəlməməsiin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilsə də Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və iş materiallarına əlavə olunmuş 10/8704 saylı ekspert rəyi qanunvericilikdə müəyyən olunmuş müddət ötürülməklə yəni xx.xx.2025-ci il tarixdə tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının 38-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin başa çatdığını nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş üzrə təqdim edilmiş fotoşəkillər iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 53.1.6-cı maddəsinin tələblərinə əsasən başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. İş üzrə təqdim edilmiş fotoşəkillər iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver