Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-10/2024 17.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ rayon Polis İdarəsinin Dövlət X5 Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 26 noyabr 2023-cü il tarixl, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ rayon Polis İdarəsinin Dövlət X7 tərəfindən tərtib edilmiş 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət X7 Yol Patrul Xidməti inspektoru inspektoru, polis serjantı X2 tərəfindən 26 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar verilərək 50 manat məbləğində cərimə tətbiq olunmuşdur. (Qərarı 22 dekabr 2023-cü ildə almışdır). Sonuncu buna səbəb kimi, "VAZ 21705" markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtobil ilə qayda pozmasını, yəni nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsini göstərir. Halbuki, həmin vaxt telefondan istifadə etməmişdir, onu bu inzibati məsuliyyətə cəlb etməkləri qanunsuzdur və sözü gedən qərar ləğv olunmalıdır. Məhkəmənin 07 yanvar 2024-cü il tarixli iclasında işitrak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək göstərmişdir ki, 26 dekabr 2023-cü il tarixdə “Sədərək” ticarət mərkəzinə alış-veriş üçün gəlmiş, ticarət mərkəzinin ərazisində olarkən Qaradağ rayon Polis İdarəsinin Dövlət X5 Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 ona yaxınlaşaraq "VAZ 21705" markalı, ** OH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mobil telefonla danışdığını, buna görə də barəsində protokol tərtib olunaraq cərimə olunacağını ona bildirmişdir. O polis əməkdaşına etiraz edərək telefonla danışmadığını, əgər danışmışsa müvafiq görüntünün ona göstərilməsini bildirmişdir. Lakin polis əməkdaşı ona heç bir görüntü göstərməyərək barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, protokoldan narazıdırsa məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Odur ki, barəsində tərtib edilmiş TP ******* saylı, 26 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin Dövlət X7nə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət X5 Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş TP ******* saylı, 26 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 26 noyabr 2023-cü il tarixdə, saat 17:08-də “Sədərək” ticarət mərkəzi ərazisində “VAZ 21705 minik” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə İXM-nin 342.6-cı maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamışdır. Eləcə də iş materiallarında barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati araşdırmaya dəvət edilməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən edilmiş sorğulara baxmayaraq törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ RPİ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş TP ******* saylı, 26 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-nin 342.6-ci maddəsi ilə təsirli bilinməsinə dair Qaradağ rayon Polis İdarəsinin Dövlət X5 Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş 26 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-10/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-10/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver