Məhkəmə qərarları › İş №3(002)-10/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-10/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-10/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 29 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X2 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş 29 oktyabr 2024-cü il tarixli, EQ/ 24406159 saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, DİN-in BDYPİ-nin polis polkovnik leytenantı Abdulǝlizadə Elvin Zöhrab oğlu tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 29 oktyabr 2024-cu il tarixli EQ 24406159 saylı qərar qəbul edilərək o, İXM-nin 346.4-cü və 332.3-cü maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir. 29 oktyabr 2024-cü il tarixli EQ 24406159 saylı qərarı xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2409/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarına 04 oktyabr 2024-cü il tarixdə xitam verilmişdir. Həmin qərardad məhkəmə tərəfindən icra edilməsinə baxmayaraq, Baş dövlət yol polisi tərəfindən silinməmişdir. Beləliklə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 101.1 -ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xota haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xota haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, o barəsində tərtb edilmiş cərimələri ödəmişdir. Buna görə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 3(002)- 2429/2024 saylı qərardadı ilə onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Qaradağ rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 3(002)-2429/2024 saylı qərarına xitam verilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra barəsində 29 oktyabr 2024-cü il tarixdə əsassız olaraq sürücülük hüququ məhdudlaşdırılmış şəxs kimi tədbir görülmüşdür. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 29 oktyabr 2024-cü il tarixli, EQ/24406159 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 29 oktyabr 2024-cü il tarixli, EQ/24406159 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayətə əlavə edilmiş 29 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 29 oktyabr 2024-cü il tarixdə, saat 08:34-də Lökbatan qəsəbəsi, Binə TM-nın qarşısında "Toyota Corolla minik" markalı ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM 346.4-cü və 332.3-cü maddələri ilə təqsirli bilinərək elektron qaydada 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu törədilərkən şikayətçinin nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 2409/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarının icrasına Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərardadı ilə xitam verilmişdir. Həmin qərardad məhkəmə tərəfindən icra edilməsinə baxmayaraq, bu barədə müvafiq qeyd Baş dövlət yol polisi tərəfindən aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in BDYP tərəfindən 29 oktyabr 2024-cü il tarixli EQ 24406159 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tənbeh edilməsinə dair DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş 29 oktyabr 2024-cü il tarixli, EQ/24406159 saylı qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar