Məhkəmə qərarları › İş №3(002)-100/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-100/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-100/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X2 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 10 yanvar 2025-ci il tarixli EQ 25459721 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X1 10 yanvar 2025-ci il tarixli qərarın ləğv edilməsini və əmlində inzbati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 xx.xx.2025-cü il tarixli inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cəri edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 00:22 etibarnamə əsasında idarə etdiyi "DAF XF 105,460 Yük" markalı **-EJ-*** dövlət qeydiy nişanlı avtomobillə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirmişdir ki, "DAF XF 105,460 Yük" markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqli vasitəsini o, etibarnamə əsasında idarə edir. Həmin avtomobillə yük daşıyaraq ailəsinə baxır. İdarə etdiyi avtomobillə qum yükü daşıyır. Yükü avtomobilə yükləyərkən onu tərəzidə çəkdirir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Həmin vaxtı da etdiyi avtomobilin yüklə birlikdə çəkisi 39660 kq olmuşdur. Lakin yolda hərətəkdə olarkən cərimə gəlmiş və avtomobilimin yüklə birlikdə çəkisi 42550 kq olması göstərilmişdir. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limit vardır. Bundan sonra ikinci dəfə də xx.xx.2025-ci il tarixdə yükün 1000 kq az olmasına baxmayaraq yol nəzarət tərəzisində 42710 kq yük olması göstərilmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkmir və əsassız barəmdə inzibati qərar qəbul edilmişdir. Onun avtomobilində artıq yük olmamış və yükün çəkildiyini bildiyi halda onun artıq götürməyi inandırıcı deyildir. Qanunvericiliyin tələbinə görə xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olması barədə serfikatı olmalıdır. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tər standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasər məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsi olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hamin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının muayyan etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilmasi va avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraaunda inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığım normalardan da görünür ki, kimi tam əsasız olaraq barəmdə protoko tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki o, 09 yanvar 2025-ci il tarixdə idarə etdiyi DAF XF 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla İmişli rayonundan yerləşən anbardan qum yükləyərək Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "xxxx" MMC-yə gətirmişdir. Ona 10 yanvar 2025-ci il tarixdə yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi müvafiq qəbzdən də görsənir ki, idarə etdiyi DAF XF 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili yüklədiyi ərazidən 39 ton çəki ilə 09 yanvar 2025-ci il tarixdə çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton 780 kq, çəki ilə 10 yanvar 2025-ci il tarixdə, saat 01:53 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton, 550 kq kimi qeyd edilmiş, əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Belə ki, postu keçdikdən təxminən on dəqiqə sonra ona çəki parametrlərini pozması ilə bağlı bildiriş gəlmişdir. Buna görə də o hər ehtimala qarşı 10 yanvar 2025-ci il tarixdə, saat 01:29-da "xxxx" MMC-də idarə etdiyi avtomobili tərəzidə çəkdirmiş və avtomobilinin yüklə birlikdə çəkisi 39660 kq olmuşdur. Bundan sonra saat 01:53-də "xxxx" MMC-nin anbarına yükü boşaltmazdan qabaq da tərəziyə çıxmış və idarə etdiyi nəqliyyat vasitəsinin çəkisi 39780 kq olmuşdur. Bütün bunların nəzərə alınaraq DİNin BDYPİ-nin 10 yanvar 2025-ci il tarixli EQ 25459721 saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununla bağlı məhkəməyə hər hansı bir material təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin 10 yanvar 2025-ci il tarixli, EQ 25459721 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X3 10 yanvar 2025-ci il tarixli EQ 25459721 saylı qərara əsasən M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində 10 yanvar 2025-ci il tarixdə, saat 00:22-də DAF XF 460 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, DAF XF 460 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil 10 yanvar 2025-ci il tarixdə, saat 00:22-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42550 kq olmuşdur. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X3 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli EQ 25459721 nömrəli qərar əsassız olduğundan ləğv edilməli və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-dən ona verilmiş 10 yanvar 2025-ci il tarixli, tərəzi qəbzindən aydın olur ki, sürücü 10 yanvar 2025-ci il tarixdə, saat 01:29 radələrində idarə etdiyi DAF XF 460 105.460 yük markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin brutto çəkisi 39660 kiloqram olmuşdur. İş materialalrında olan 22681 saylı tərəzi qəbzinin surətindən aydın olur ki, 10 yanvar 2025-ci il tarixdə, saat 01:53-də qum yükü ilə yüklənmiş vəziyyətdə çəkilərkən qeyd olunan yük avtomobilinin brutto çəkisi 39780 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimim kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə DİN-in BDYPİ-nin 10 yanvar 2025-ci il tarixli EQ 25459721 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə tənbeh edilməsinə dair 10 yanvar 2025-ci il tarixli, EQ 25459721 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar