Məhkəmə qərarları › İş №3(002)-1008/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1008/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1008/2020 11.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X7 polis mayoru X4 tərəfindən xx.xx.2020-ci il tarixdə protokol qəbul edilərək onu xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarla İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokolla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, mən xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi Mitsibishi Ostlander minik markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini idarə edərkən guya epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimimin pozduğuna görə protokol tərtib edilərək əsassız olaraq cərimə edilmişdir. Protokolu tərtib edilən zaman SMS və portal sistemi olmamışdır. Həmin gün evdə olan təmir işinin bitməsi ilə əlaqədar zibil atmağa getmiş, zibil çox olduğu üçün zibillərin maşının baqajına qoymuşdur. Onu polis əməkdaşı saxlayarkən zibili göstərməklə zibil atmağımı bildirmiş və protokolda da qeyd etmişdir. Bu səbəbdən də barəmsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən xx xxxxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin mahiyyətinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1 -ci bəndinə əsasən ölkə ərazisində hərəkət məhdudiyyətləri x xxxxx 2020-ci il saat 00:00-dan tətbiq edilmişdir. x xxxxx 2020-ci il tarixdə həmin məhdudiyyətlər mövcud olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 aprel tarixli 987 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı'nda dəyişiklik edilmiş, qeyd olunan Siyahının 2.2-ci və 2.4-cü bəndlərində "322.0.2" rəqəmlərindən əvvəl "211," rəqəmləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 aprel tarixli 987 nömrəli Fərmanı xx xxxxx 2020-ci il tarixdə qüvvəyə minmişdir. Beləliklə, dövlət yol polisi bütün qurumlarının müvafiq vəzifəli şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətlərinə yalnız xx xxxxx 2020-ci il tarixdən başlayaraq malikdirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Protokol üzrə müvafiq məhkəmənin qərarı olmamışdır. Bu səbəbdən də Protokol heç bir halda qüvvəyə minə bilməz, yəni qüvvəyə minmiş hüquqi statusa malik deyildir. Göstərilənlərə əsasən xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri DYPİ-nə lazmı qaydada məlumat verilsə də Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, R.H.Bayramov xx xxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi «Mitsubishi Outlander» minik markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, R.H.Bayramov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, R.H.Bayramov xx xxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi «Mitsubishi Outlander» minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu üçün barəsində xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 aprel tarixli 987 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilmiş, qeyd olunan Siyahının 2.2-ci və 2.4-cü bəndlərində "322.0.2" rəqəmlərindən əvvəl "211," rəqəmləri əlavə edilmişdir və həmin Fərman xx xxxxx 2020-ci il tarixdə qüvvəyə minmişdir. Göstərilənlərə əsasən də məhkəmə hesab edir ki, R.H.Bayramov inzibati məsuliyyətə cəlb edilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki R.H.Bayramovun şikayəti təmin edilməli, Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhəri DYPİ-nin xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar