Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1009/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1979-cu ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vətəndaş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə 16 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq ona əlavə edilmiş materiallar ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı, 16 may 2023-cü il tarixli protokoldan aydın olur ki, Şəxs müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmadan oğlu Novruzov Muhəmmədi təhsil almaq üçün Sudan Respublikasında yerləşən dini tədris müəssisəsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir dini təhsili yoxdur. Himayəsində altı uşağı olmaqla onlardan yalnız Novruzov Muhamməd yetkinlik yaşına çatmış, digər övladlarından ikisi yetkinlik yaşına çatmamış, üçü isə azyaşlıdırlar. 2021-ci ildə “Teleqram” sosial şəbəkəsində “Lisan Ələrəbiyə” saytını görmüş, Sudan dövlətinin “Xartum” şəhərində ərəb dili kursları keçirildiyi barədə məlumat almış, bu barədə oğlu Muhəmmədə məlumat vermişdir. Oğlunun ərəb dili öyrənməyə həvəsi olduğundan həmin kursa müraciət etmişlər. Sudan Respublikasından Muhəmməd üçün viza göndərmişlər, onlar da həmin kursun hesabına 200 dollar ödəniş etmişlər. Təxminən 2021-ci ilin sentyabr ayında oğlu Muhəmməd Sudan respublikasına getmişdir. Altı-yeddi ay təhsil aldıqdan sonra Muhəmməd ölkəyə qayıtmışdır. 2022-ci ilin yay aylarında yenidən Muhəmməd Sudana yola düşmüşdür. Son zamanlarda Sudanda iğtişaşlar baş verdiyindən Misir və Tükiyə səfirliyinə müraciət etmiş və Muhəmməd ölkəyə qayıtmışdır. Oğlu hal-hazırda ölkədədir. O, öz izahatına əlavə edərək bildirmişdir ki, həqiqətən də oğlunu ərəb dili öyrənməsi üçün Sudana göndərmişdir, lakin həmin tədris ocağında dini təhsil də keçildiyindən onun heç bir məlumatı olmamışdır. Bundan əlavə oğlu 02 avqust 2003-cü ildə doğulmaqla 18 yaşı 2021-ci ilin avqustunda tamam olmuş və Sudan Respublikasına yetkinlik yaşına çatdıqdan sonra, yəni 2021-ci ilin sentyabr ayında getmişdir. Belə olan təqdirdə o inzibati xətalar qanunvericliyinə görə hər hansı bir məsuliyyət daşımır. Eləcə də oğlunun xarici ölkəyə dini tədris müəssisəsinə göndərilməsi üçün hər hansı bir formada tədbirlər görməmiş və bununla bağlı heç bir təşkilatçılıq funskiyası yerinə yetirməmişdir. Odur ki, hazırki inzibati xəta haqqında iş üzrə əməlində inzibat xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsinin tələbindən aydın olur ki, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə görə inzibati xəta törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. 6.2. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. 6.3. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. 6.4. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. 6.5. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. 6.6. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, vətəndaşlar və dini qurumlar tək və ya qrup halında beynəlxalq dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə iştirak edə, ziyarətlərə gedə bilərlər. Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs övladı X1 Respublikasına gedərkən artıq 18 yaşı artıq tamam olmuş, yəni tam mülki hüquq fəaliyyət qabiliyyətinə malik olmaqla onun ölkədən kənara çıxması üçün validyenlərinin hər hansı bir razılığı tələb olunmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı Şəxs yetkinlik yaşına çatmış oğlunu təhsil alması üçün xarici ölkənin dini tədris müəssisəsinə göndərilməsinin təşkil edilməsi ilə bağlı hər hansı bir fəaliyyət göstərməsi öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 yetkinlik yaşına çatdıqdan sonra dini təhsil almaq məqsədilə deyil, ərəb dili öyərənməsi üçün xarici ölkəyə getmişdir. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs əməlində inzbati xəta tərkibi olması sübuta yetmədiyindən başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbindən aydın olur ki, şəxsin hərəkətlərində. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1009/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1009/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver