Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-101/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 02 aprel 2024-ci il tarixli EQ 20303494 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək DİN-in BDYPİ tərəfindən barəsində tərtib edilmiş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsinə dair 02 aprel 2024cü il tarixli, EQ 20303494 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin şikayətlə əlaqədar Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-5089/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərardadına əsasən şikayət və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bak şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, şikayət olunan qərara əsasən guya o, xx.xx.2024-cü il tarixdə, saat 07:39:34-də M3E60AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 7-ci km yolunda QAZ 33021 YÜK markalı 99MF 165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsini pozaraq Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçmədən idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 07:39:34-də QAZ 33021 YÜK markalı 99MF 165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qərarda göstərildiyi kimi M3E60AH5Bakı-Ələt-Qazax- Gürcüstan yolu, 7-ci km yolunda deyil, Bakı şəhəri, Biləcəri rayonu, M. Rəsulzadə küçəsi, ŞTQ azadlıq prospekti, ev Biləcəri şosesinin kəsişməsində dayanmışdır. Bu fakt mübahisləndirlən qərara əlavə edilmiş EP2711176 saylı kamera vasitəsi ilə çəkilmiş foto şəkildən də görünür. Belə ki, həmin şəkildə maşının qarşısında hasarın olması açıq görünür. Bildirmişdir ki, həmin hasar hazırda da həmin yerdə tikili vəziyyətdədir. Məhkəmənin nəzərinizə çatdırır ki, həmin nəqliyyat vasitəsi mühərrikində ciddi problem olduğundan həmin müddətdən də əvvəl və sonrakı müddətdə də istifadəyə yararsız olub və bu səbəbdən Bakı şəhəri, Biləcəri rayonu, M. Rəsulzadə küçəsi, ŞTQ azadlıq prpspekti, ev Bileceri şosesinin kəsişməsində park edilmişdir. Şəkildən də görünür ki, nəqliyyat vasitəsi dayanmış vəziyyətdədir və təkərləri tam olaraq boşdur, hətta təkərlərə çat düşmüşdür. Buna baxmayaraq, əsassız və qanunsuz olaraq guya QAZ33021 YÜK markalı ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 07:39:34-də M3E60AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 7-ci km yolunda idarə edilməsi barədə məlumat əldə edilmişdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsinə əsasən, Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edildikdə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Lakin, həmin nəqliyyat vasitəsinin uzun müddət idarə olunmamağı şəkildən də görsənməsinə baxmayaraq mənə əsassız və qanunsuz cərimə yazılmışdır. Şəkildən də görünür ki, nəqliyyat vasitəsi dayanmış vəziyyətdədir və təkərləri tam olaraq boşdur, hətta təkərlərə çat düşmüşdür. Belə vəziyyətdə avtomobilin idarə edilməsi faktiki olaraq mümkün deyil. Qeyd olunanlara əsasən DİN Baş Dövlət Yol Polis qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati terkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 430.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Eyni Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunan Məcəllənin 126.2. maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Məlumat üçün bildirir ki, mübahisləndirilən qərar mənə xx.xx.2024-cü il tarixində çatmışdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 öz izahatında göstərmişdir ki, mülkiyyətində olan QAZ 33021 YÜK markalı 99MF 165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini uzun müddətdir ki, istismara yararsız olduğu üçün idarə olunmur. Belə ki, həmin avtomobil nasaz olduğu üçün Bakı şəhəri, Biləcəri rayonu, M. Rəsulzadə küçəsi, Azadlıq prospekti, Biləcəri şosesinin kəsişməsində park edilmişdir. Şəkildən də görünür ki, nəqliyyat vasitəsi dayanmış vəziyyətdədir və təkərləri tam olaraq boşdur, hətta təkərlərə çat düşmüşdür. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3 öz izahatında şikayətçinin dediklərini təsdiq edərək göstərmişdir ki, qeyd olunan pozuntu “İ-patrul” sistemi vasitəsilə qeydə alınmışdır. Yol hərəkəti haqqında qanunun tələblərinə görə istismarda olmayan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi tələb oluna bilməz. Bununla belə şikayətin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı inspektoru Elçin Xasiyev tərəfindən qəbul edilmiş 02 aprel 2024-ci il tarixli EQ 20303494 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən aydın olur ki, vətəndaş X4 M2, E60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan- yolunun 7-ci kilometrində, 02 aprel 2024-cü il tarixdə saat 07:39-da QAZ 33021 yük markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə İXMnin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin və nümayəndənin izahatlarını araşdıraraq hesab edir ki, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı inspektoru Elçin Xasiyev tərəfindən qəbul edilmiş 02 aprel 2024ci il tarixli 20303494 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X2 məhkəməyə təqdim etdiyi fotoşəkildən də aydın olur ki, mülkiyyətində olduğu QAZ 33021 YÜK markalı 99MF 165 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istismara yararsız halda olmaqla uzun müddətdir ki, istifadə olunmamış vəziyyətdədir. Göründüyü kimi yuxarıda qeyd olunan inzibati xəta hadisəsi X4 tərəfindən törədilməmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 02 aprel 2024-ci il tarixli EQ 20303494 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-101/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-101/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver