Məhkəmə qərarları › İş №3(002)-1010/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1010/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1010/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 Üzrə Baş İdarəsinin nümayəndəsi kiçik vergi xidməti müşaviri X1, Barəsində inzibati xəta aparılan hüquqi şəxs “Şəxs “ Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Xıdırov Bəhruz Müseyib oğlunun iştirakları ilə, Şəxs (bundan sonra - Şəxs MMC ) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri X7 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə saat 15:39-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahiq qəsəbəsi) ev 15, 1 saylı kolxoz bazarı ünvanında fəaliyyət göstərən “Şəxs “ MMC-də epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə qoruyucu maskadan istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 Üzrə Baş İdarəsindən Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 Üzrə Baş İdarəsinin nümayəndəsi kiçik vergi xidməti müşaviri X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahiq qəsəbəsi) ev 15, 1 saylı kolxoz bazarı ünvanında fəaliyyət göstərən “Şəxs “ MMC-yə məxsus təsərrüfat subyekti olan obyektdə epidemiya əleyhinə rejim sanitariya gigiyena və karantin rejimləri dövründə qoruyucu maska və əlcvəkdən istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edilmişdir. Belə ki, vergi ödəyəcisinə məxsus obyektdə satıcı vəzifəsində çalışan və özünü təqdim etməkdən imtina edən şəxs qoruyucu vasitələrdən (tibbi maska və əlcək) istifadə etmədən xidmət göstərmiş və bu faktı çəkilmiş fotoşəkillərdə öz təsdiqini tapmışdır. Satıcı heç bir səbəb göstəmədən izahat verməkdən imtina etdiyindən onun izahatını almaq mümkün olmamışdır. Obyektdə hüquqi şəxsin hər hansı etibarnamə üzrə səlahiyyətə malik nümayəndəsi olmadığından bunla bağlı əməkdaşlar tərəfindən xx xxxxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Hazırda məhkəmədə tədqiq olunan sübutlar ilə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi təsdiq olunduğuna görə “Şəxs “ MMC-nin təqsirli bilinməsi və barəsində tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “Şəxs “ MMC-nin etibarnamə üzrə nümayəndəsi Xıdırov Bəhruz Müseyib oğlu məhkəməyə yazılı etiraz təqdim edərək izahatında göstərmişdir ki, vergi orqanı tərəfindən aparılmış nəzarət tədbiri əsasında tərtib edilmiş protokol əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının x xxxx 2013-cü il tarixli, 714-1VQ №li "Sahibkarlıq sahəsində» aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra -qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər. müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yoxlamalar sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamalarm vahid məlumat reyestrində dövlət qeydiyyatı prinsipləri əsasında aparılır. Amma bu prinsiplər vergi orqanı tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiqedilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasıvəaparılması qaydası haqqında Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə olan halda aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyata alınmadığı üçün nəticələr ləğv edilməldir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən hamin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən,hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXMin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İş materiallarından görünür ki, protokol tərtib edilməzdən əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, (çünki iş materialları ilə belə bir məlumat müəyyən edilmir) hüquqları və vəzifələri izah edilməmişdir. İnzibati xəta haqında iş üzrə iş materiallarından da görünür ki, Şəxs MMC-yə inzibati protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsi dəvət olunmamış, onun izahatı_alınmamış və protokolu imzalamaqdan imtina səbəbi aydınlaşdırılmamışdır. Həmçinin iş materiallarında olan protokolda hüquqi şəxsə məxsus marketin satıcı olan şəxsə hüquq və vəzifələrinin izah olunması qeyd olunsa da, həmin şəxsin kim olması göstərilməmiş, eləcə də onun izahatı alınmamış və protokol onun tərəfindən imzalanmamışdır. İxtiyari bir şəxs hüquqi şəxsin nümayəndəsi ola bilmədiyi, hətta işçisi də nümayəndəsi ola bilmədiyi nəzərə alınmamışdır. Hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş, nümayəndə və ya direktorun çağırılması və ya rəsmi qaydada məlumatlandırılmasına dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Bununla da ümumiyyətlə nümayəndə yən edilməmişdir. Çünki İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə t aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi larin nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir. Protokol Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM- nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Eyni zamanda İXM-nin 101.2-ci maddəsinə əsasən İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.Lakin protoku tərtib edən dövlət vergi müfəttişi göstərilən müddəti gözləmədən əlavə aydınlaşdırmanm aparılmasının ehtiyac olmaması qənaətinə gəlmişdir.Halbuki hüquqi şəxsin nümayəndəsinin icraatın aparılmasına dair məlumatı olmamış və izahatı alınmamış, vətəndaşlardan qoruyucu maskadan istifadə etmələrinin tələb olunub-olunmaması barədə icraat materiallarına heç bir sübut əlavə edilməmişdir.Azərbaycan Respublikası İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Qeyd olunan protokolda inzibati xətanın müşahidə, baxış nəticəsində aşkar edilməsi yazılsa da, bu barədə raport və ya akt tərtib edilməyib, hansı ki inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərsə bu barədə raport və ya akt tərtib edilməlidir. Sonradan həmin raport və akt inzibati xəta hadisəni təsdiq edən sübutlarla birlikdə səlahiyyətli şəxslərə göndərilməlidir. Məhz həmin səlahiyyətli şəxslər protokolu tərtib etməlidirlər. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 6-cı bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211-ci maddəsi ilə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri,) İXM- nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından isə görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşları, yəni idarənin dövlət vergi müfəttişləri tərəfindən tərtib edilmişdir. Şirkətin SƏTƏM bölməsi tərəfindən market rəhbərlərinə (administratorlara) dəfərlərlə yazılı və şifahi tapşırıqlar verilmişdir ki, AR Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 160 nömrəli Qərarına əsasən qida məhsullarının ticarəti üzrə fəaliyyətində xüsusi sanitar rejim tətbiq edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cii maddəsinin tələblərinə uyğun olaraq “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiq edilmişdir. Belə ki, ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə etmələrinin təmin edilməsi göstəriş olaraq qeyd olunmuşdur. Market rəhbərləri marketin idarə olunmasında səlahiyyətli vəzifəli şəxs olduğu üçün onlara yuxarıda qeyd olunanlar barədə məcburedici göstərişlər verilmişdir ki, epidemiya əleyhinə rejimə, sanitariya- gigiyena və karantin rejiminə əməl etsinlər. Bir halda ki, şirkət öz üzərinə düşən məsələləri tam şəkildə yerinə yetirmiş, zəruri məmatlandırmaları və xəbərdarlıqları rəsmi qaydada etmiş, işçiləri tibbi maskalarla və dezinfeksiyaedici məhlullarla təmin edibsə, protokolda qeyd edildiyi kimi satıcının maskanı düzgün taxmamasına görə şirkətin inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qaytarılması barədə qərardad qəbul edilməsini və ya xx.xx.2020-ci il tarixli, MN ******* № li inzibati xəta haqqında protokolun əsassız hesab edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 Üzrə Baş İdarəsinin nümayəndəsi kiçik vergi xidməti müşaviri X2 «Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi X3 etirazını qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1082 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.91-5. strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək; 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nə dəyişikliklər edilərək “3.0.18-1. sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndləri əlavə edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimat” təsdiq edilmişdir. Qeyd edilən əmrin 2-ci bəndi ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət vergi orqanlarının operativ vergi nəzarəti strukturlarının əməkdaşlarına həvalə edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə təsdiq edilmiş Metodiki Təlimatın 2.6-cı bəndinə əsasən isə İnzibati Xətalar Məcəlləsinin 211.1- 211,3-cü maddələri üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə göstərilən inzibati tənbehlərin tətbiq edilməsi məqsədilə əməkdaşlar tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunaraq zəruri sənədlərlə birlikdə aidiyyəti rayon (şəhər) məhkəmələrinə göndərilməsinin təmin edilməsi tapşırılmışdır. İnzibati xəta haqqında protokol Bakı şəhəri X7 üzrə Baş İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmişdir ki, bu fakt və göstərdiyi əmrlər qeyd edilən əməkdaşın protokol tərtib etmək səlahiyyətinə malik olduğunu təsdiq edir. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahiq qəsəbəsi) ev 15, 1 saylı kolxoz bazarı ( VÖEN **********) ünvanında yerləşən təsərüfat subyektinə aid olan obyektdə İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulması ilə işçinin tibbi maska və əlcəkdən istifadə etmədən təsərüfat subyektində işləməsinə nəzarət edilməməsinin aşkar edilməsi və bununla əlaqədar çəkilmiş foto şəkillər və vergi orqanının əməkdaşları tərəfindən tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün müvafiq əsas və səbəblərin olmasını təsdiq edir. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: İXM-nin 18.2.1-ci maddəsinə əsasən hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXMnin 18.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-nin 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-nin 18.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilirlər. Yuxarıda qeyd edilən faktları təsdiq edən sənədləri əlavə etməklə Şəxs MMC tərəfindən təqdim edilmiş etirazın qəbul edilməməsini və həmin hüquqi şəxs barəsində inzibati qaydada cərimə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, həmin tarixdə saat 15:39 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil STQ, M.Seyidov küçəsində bazarın daxilində yerləşən hüquqi şəxs Şəxsdə Nazirlər Kabinetinin 189 nömrəli Qərarının və İXMnin 211.2-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Vergi ödəyəcisinə məxsus obyektdə satıcı vəzifəsində çalışan və özünü təqdim etməkdən imtina edən şəxs qoruyucu vasitələrdən (tibbi maska və əlcək) istifadə etmədən xidmət göstərmiş və bu faktı çəkilmiş fotoşəkillərdə öz təsdiqini tapmışdır. Baş vermiş hüquqpozuntusu müvafiq inzibati xəta haqqında protokolla rəsmiləşdirilmişdir. İnzibati xəta ilə bağlı hüquqi şəxsin obyektdəki nümayəndəsi olmadığı üçün protokolla tanış olacaq etibarnamə üzrə nümayəndə olmadığı üçün tanış etmək mümkün olmamışdır. Satıcı izahat təqdim etməkdən imtina etmiş və heç bir səbəb göstəmədən izahat almaq mümkün olmamışdır. Hüquqi şəxs haqqında məlumatların çıxarışdan görünür ki, hüquqi şəxs həqiqətən də, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahiq qəsəbəsi) ev 15, 1 saylı kolxoz bazarı ünvanında fəaliyyət göstərir. Vergilər Nazirliyinin Milli X4 şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, nizamlama kapitalının miqdarı 20.00 (iyirmi) manat olan Şəxs MMC xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi; 75.0-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi «Şəxs » MMC-ni inzibati məsuliyyətindən yayındırmaq məqsədi güdür. Bununla bağlı məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, protokolun məzmunu, iş materialına əlavə edilmiş foto şəkillər, xx xxx 2020-ci il tarixli “akt”, habelə məhkəmə baxışının gedişatında verilmiş izahatların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, « Şəxs » MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahiq qəsəbəsi) ev 15, 1 saylı kolxoz bazarı ünvanında fəaliyyət göstərən Şəxs MMC-də işçi təsərrüfat obyektinin daxilində tibbi maska və əlcəkdən istifadə etməmiş, sonuncuya məxsus təsərüfat subyekti olan obyekdə işçinin tibbi maska və əlcəkdən istifadə etmədən fəaliyyət göstərməsinə nəzarət edilməmiş, bununla da hüquqi şəxs tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar