Məhkəmə qərarları › İş №3(002)-1011/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1011/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1011/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs Şirkətinin Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 sentyabr 2022-ci il tarixli, 00100-1965/22 (EP № 0052143) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Sahil” gömrük postundan daxil olmuş 34/026/020528, 34/026/020579, 34/026/020529, 34/026/020527, 34/026/020347, 34/026/020374 və 34/026/020530 saylı nömrəli raportların araşdırılması zamanı müəyyən edilmişdir ki, raportlarda qeyd edilən Bakı şəhəri, Qaradağ rayonu, Yusif Səfərov, Lökbatan ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin filialının (VÖEN **********) ünvanına İtaliyanın “DSV S.P.A” şirkətindən 29 avqust 2022-ci il tarixdə saat 10:28- 10:35 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 94363843, 94362878, 94254539, 94495017 və 94640703 nömrəli vaqonlarla daxil olmuş yüklər **********8993, **********9091, **********0406, **********9149, **********9449, **********9391, **********8726, **********8002, **********8101 və **********9726 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Bununla da, Şəxs Şirkətinin Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirkətinin Filialının hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs Şirkətinin Filialının hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 2məsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (21 sentyabr 2022-ci il tarixli reyestrin 12-ci sıra nömrəsi ilə). Bununla da, Məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Filialının nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında Şirkətinin Filialının yeganə ünvanı kimi qeyd edilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 3vanına bildirişlər göndərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Şirkətinin Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 14 sentyabr 2022-ci il tarixli, 00100-1965/22 (EP № 0052143) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsində **********9091, **********0406 və **********9149 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 94362878 nömrəli vaqonla 29 avqust 2022-ci il tarixdə saat 10:28-də, **********9391 və **********9449 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 94254539 nömrəli vaqonla 29 avqust 2022-ci il tarixdə saat 10:30-da, **********8993 və **********8726 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 94363843 nömrəli vaqonla 29 avqust 2022-ci il tarixdə saat 10:32-də, **********8101 və **********8002 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 94495017 nömrəli vaqonla 29 avqust 2022-ci il tarixdə saat 10:34-də **********9726 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 94640703 nömrəli vaqonla 29 avqust 2022-ci il tarixdə saat 10:35də Qərb Ərazi Baş Gömrük idarəsinin “Böyük Kəsik” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair 10 fərqli qısa idxal bəyannamələri 29 avqust 2022-ci il tarixində saat 14.34-17.13 aralığında gömrük orqanına təqdim edilərək mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarında olan **********9091, **********0406, **********9149, **********9391, **********9449, **********8993, **********8726, **********8101, **********8002 və **********9726 saylı gömrük bəyannamələrinin surətlərindən görünür ki, həmin bəyannamələrin “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli, 00100-1965/22 (EP № 0052143) saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Filialının nümayəndəsi Nümayəndə Şəxs Şirkətinin Filialının ünvanına gələn mallara dair qısa idxal bəyannaməsinin verilməməsinə səbəb kimi göndərən şirkətin məsuliyyətsizliyindən yükə dair qısa idxal bəyannaməsini verməməsi olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin “Sahil” gömrük postundan daxil olmuş 34/026/020528, 34/026/020579, 34/026/020529, 34/026/020527, 34/026/020347, 34/026/020374 və 34/026/020530 saylı nömrəli raportların araşdırılması zamanı müəyyən edilmişdir ki, raportlarda qeyd edilən Bakı şəhəri, Qaradağ rayonu, Yusif Səfərov, Lökbatan ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin filialının (VÖEN **********) ünvanına İtaliyanın “DSV S.P.A” şirkətindən 29 avqust 2022-ci il tarixdə saat 10:28- 10:35 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 94363843, 94362878, 94254539, 94495017 və 94640703 nömrəli vaqonlarla daxil olmuş yüklər **********8993, **********9091, **********0406, **********9149, **********9449, **********9391, **********8726, **********8002, **********8101 və **********9726 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Bununla da, Şəxs Şirkətinin filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Şirkətinin filialının əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Şirkətinin filialı Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 485.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Şirkətinin filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar