Məhkəmə qərarları › İş №3(002)-1011/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1011/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1011/2025 29.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 02 may 2025-ci il tarixli, EQ 27698626 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 02 may 2025-ci il tarixli, EQ 27698626 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş X8 İdarəsi tərəfindən istifadə etdiyi MERCEDES BENZ (AXOR 1840 LS Yük) markalı, 77BS213 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən Bakı istiqamətinə hərəkət edərkən, xx.xx.2025-ci il tarixli, EQ 27698626 nömrəli "inzibati tənbeh vermə haqqında” elektron qərar tərtib olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) ÄZN məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X8 İdarəsinin 02.05.25-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Bu səbəbdən də hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, sözügedən nəqliyyat vasitəsinə Yevlax rayonu ərazisində ölçü aparılmış və nəqliyyat vasitəsinin ümumi çəkisinin 39615 kq olduğu qeydə alınmışdır. Həmçinin təkrarən Qaradağ rayon Polis postunda yenidən ölçü aparılmış və tərəzidə nəqliyyat vasitəsinin ümumi çəkisinin 39500 kq olduğu qeydə alınmışdır. Sübutlardan da göründüyü kimi normadan artıq yük daşınılmayıb. Qeyd edir ki, İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Buna görə də qərar inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal, yəni inzibati xəta tərikibi olmaması səbəbindən ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. İnzibati xətanı törətmədiyi barədə sübut növü hesab etdiyi çəki qəbzi də müəyyən edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar həqiqəti əks etdirmir və tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 02 may 2025-ci il tarixli, EQ 27698626 saylı inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. X2 və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Şikayətçinin avtomobilində 39615 kq çəkidə yük daşımasına dair məhkəməyə təqdim etdiyi tərəzi qəbzi mötəbər deyil, ona görə ki həmin tərəziyə münasibətdə yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə təqdim olunmaışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 02 may 2025-ci il tarixli, EQ 27698626 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar