Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1012/2020 01.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 505-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materialgeri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qevdivvatda olanŞəxs MMC-nin ünvanına İtaliya Respublikasının “X2 Ghiarola Nuova”sirkətindən 33CYC47/33EMY06 nömrə niganlı yük avtomasını ilə daxil olrnus 11 verdən ibarət599,72 m2 keramikadan döşəmə üçün plitələr yükü **********6295 sorqu nömrəli xx.xx.2019-cuil tarixli gömrük bəvannaməsi ilə Bakı Ba$ Gömrük İdarəsində rəsmiləsdirilmişdir. Gömrükrəsmiləsdirilməsi zamanı Şəxs MMC tərəfmdən təqdim edilən 5013 saylı xx.xx.2019-cu iltarixli invoys sənədində qevd edilən qiymətlər sübhə doqurduğundan, həmin qivmətlərinaraşdırılması məqsədi ilə Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaslıq İdarəsi vasitəsi iləitaliya Respublikasının qömrük orqanına 1400-011/0xxxx/003479 saylı xx.xx.2019-cu il tarixliməktubla müraciət olunmusdur. İtaliya Respublikasının Gömrük və Dövlət İnhisarçılıq AgentlivindənDövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə qöndərilmis 1000-200/2xx-xx/003030 saylı xx.xx.2019-cu il tarixli cavab məktubu tərcümə edilərək Bakı Ba$ Gömrükidarəsinə daxil olmuşdur. Həmin məktubda Şəxs MMC tərəfindən qömrük rəsmiləsdirilməsizamanı təqdim olunmus 5013 saylı xx.xx.2019-cu il tarixli invoys sənədində qevd olunan malların cəmi dəyərinin 8549,90 Avro deyii, 29803,15 Avro olduqu bildirilmisdir. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində göstərilir ki, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir Həmin Məcəllənin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC, üzərinə düşən öhdəliyi düzgün icra etməməklə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmışdır. Göründüyü kimi Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində deyil, ödənişlərin edilməli olduğu hüquqi şəxsin (yəni Bakı Baş Gömrük İdarəisnin) yerləşdiyi ünvanında baş vermişdir.Bundan başqa iş materiallarına Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayon ərazisində yerləşməsinə dair heç bir sübut da əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 505-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1012/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1012/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver