Məhkəmə qərarları › İş №3(002)-1012/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1012/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1012/2023 17.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, X4 katibliyi ilə, Protokolu tərtib edən şəxs Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs, barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərardan bir il müddət keçməməsinə baxmayaraq 06 may 2023-cü il tarixdə il ərzində təkrarən «Renault Merkuri», ** XP *** dövlət nömrə nişanlı avtomaşını alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd olunanlara əsasən Baş Dövlət Yol Polis İdarəsinin Vİ yağım yol patrul xidməti inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilmişdir Məhkəmə iclasında Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə vakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində “Qaradağ postu” deyilən ərazidə yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır.Sərxoşluq vəziyyətinin müəyyən edilmə üçün tibbi müayinədən keçirildikdən sonra Şəxs il ərzində təkrarən «Renault Merkuri», ** XP *** dövlət nömrə nişanlı avtomaşını alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir.Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinin Vİ yağım yol patrul xidməti inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir.Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək bildirmişdir ki, 05 may 2023-cü il tarixdə axşam saatlarında toy məclisində 3-4 qədəh araq qəbul etmişdir.06 may tarixdə səhər saatlarında idarə etdiyi avtomobillə Sabirabad rayonuna məclisə gedərkən Qaradağ postu deyilən ərazidə yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır.Müayinə edildikdən sonra ona bildirmişlər ki, onda sərxoşluq müəyyən edilib.O, bilməzdir ki, bir gün əvvəl gecə qəbul etdiyi spirtli içki onda müəyyən oluna bilər.Törətdiyi əməldən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 188 saylı, xx.xx.2023cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktdan görünür ki, müayinə nəticəsində Şəxs spirtli içkidən istifadə nəticəsində sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” akt, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinməli və 333.2-ci maddəsinin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 02 (iki) il nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 17 may 2023-cü il tarixdən, saat 12.15-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar