Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1015/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, DİN-nin BDYPİ-nin YPX-nin Vİ tağımının polis serjantı X1, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Qarabulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasəninzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən DİN-nin BDYPİ-nin YPX-nin Vİ tağımının polis serjantı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış karantin postundan keçərək idarə etdiyi avtomobildə xüsusi icazəsi olmayan sərnişinlər keçirtmişdir. Bununlada o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Buna görə də xx xxxxxx 2020-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək karantin rejiminin qaydalarını pozduğunu bildirmişdir. O, öz izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Ford Transit” yük markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinə gələrkən maşının yarı hissəsinə yük vurmalqa digər yarı hissəsinə yolda tanımadığı şəxsləri pul müqabilində əyləşdirib karantin postundan keçirtmişdir. Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış postdan keçdiyi zaman onun avtomobilinə baxış keçirilmiş və avtomobildə özündən başqa əlavə dörd nəfər xüsusi icazəsi olmayan sərnişinlər aşkar edilmişdir. O cümlədən özünündə portalda icazəsi olmadan xüsusi karantin postundan keçmişdir. Hal-hazırda törətdiyi əməldən peşiman olduğunu və birdaha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 211.1ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün və protokolu tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə daha müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il saat 16:40-dan hesablansın. 3.Qərarın icrası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayına həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov