Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1015/2021 24.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi , Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş 06 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Bəxtiyar Əliyev, ev 33, mənzil 33-də fəaliyyət göstərən Şəxs QSC 12,500.00 (on iki min beş yüz) Kanada dolları məbləğində olan vəsaiti 04 iyun 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12500.00 Kanada dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 05 iyun 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi X3 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, 23 aprel 2019-cu il tarixdə Şəxs QSC ilə X2 şirkəti arasında müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, 04 iyun 2019cu il tarixdə ölkə xaricinə 125000 Kanada dolları məbləğində vəsait köçürülmüşdür. X2 şirkəti tərəfindən müvafiq layihələr hazırlanaraq Şəxs QSC-yə təqdim edilmiş və yerinə yetirilmiş işlər barədə tərəflər arasında 24 iyul 2019-cu il tarixli akt imzalanmışdır. Lakin görülmüş işlər barədə səhlənkarlıq nəticəsində Banka bu haqda məlumat verilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Buna görə də, Şəxs QSC-nin həmin maddə ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 % (iyirmi faizi) məbləğində cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 12500.00 (on iki min beş yüz) Kanada dolları valyuta vəsaiti məbləğinin 20 faizi həcmində, yəni 2500 (iki min beş yüz) Kanada dolları miqdarında (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1015/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1015/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver