Məhkəmə qərarları › İş №3(002)-1015/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1015/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1015/2025 27.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Zərərçəkiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Füzuli rayonu, Gövşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Füzuli rayonu, Gövşad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 25 mart 2025-ci il tarixdə, saat 19:00 radələrində qonşuluqda yaşayan X2 məxsus əmlakı qəsdən zədələyərək ona az miqdarda, yəni 30 manat ziyan vurmuşdur. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, bir gün əvvəl atası Adil ilə qonşuluqda yaşayan Mirəli arasında iti liftə salmamaq ilə bağlı mübahisə olmuşdur.xx.xx.2025-ci il tarixdə həmin mübahisəni aydınlaşdırmaq məqsədilə Mirəlinin yaşadığı ünvana getmiş və qapını döyərək Mirəlini çağırmışdır.Lakin Mirəli qapını açmadığından əsəbiləşərək qapıya iki dəfə yumruqla zərbə endirmişdir.Yumruqla zərbə vurduğu vaxt qapı sınmamışdır, sadəcə yüngül əzilmişdir. Zərərçəkiş şəxs X3 bildirmişdir Şəxs hərəkətləri nəticəsində yaşadığı evin qapısı sınmış və ona xeyli zərər dəymişdir.Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, X1 müarciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edimişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənsil İstismar Departamentinin Qaradağ rayonu “Qobu Park” Yaşayış Kompleksinin Mənzil kommunal İstismar Sahəsi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli arayışdan göürünür ki, “Qobu Park 2” yaşayış kompleksi ev 22, mənzil 56 ünvanına baxış keçirilmiş və mənzilin qapısına 30 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin fikrini dinləyərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsinə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxs ilk dəfə inzibati xəta törətməsi, məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati zəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 30 (otuz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar