Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1017/2021 25.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, X1 iştirakları ilə, X1 barəsində Bakı şəhəri X10 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 26.07.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul olunmuş 26.07.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ, Yol Patrul Xidməti İnspektoru polis mayoru X4 tərəfindən 26.07.2021-ci il tarixli TP ******* saylı qərar qəbil edilərək onu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, 08.07.2021-ci il tarixdə saat 14:33 radələrində Moskva prospektində idarə etdiyi “MERCEDES BENİZ E220 CDİ MİNİK” markalı 99 EN-855 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Həmin vaxt onu polis əməkdaşları saxlamış və svetoforun qırmızı işığında keçdiyini bildirmişlər. O, isə bunun düzgün olmamasını bildirsə də barəsində protokol tərtib edilmişdir. Həmin protokoldan 17.07.2021-ci il tarixdə şikayət etmiş, 02.08.2021-ci il tarixdə barəsində İXM-nin 327.2-ci maddəsi ilə cərimə edilməyinə dair qərar ona poçt vasitəsi ilə göndərilmişdir. Bundan sonra 06.08.2021-ci il tarixdə şikayəti əsasında onu Bakı şəhər DYPİ-nə dəvət etmişlər. Ona görüntülər təqdim etsələr də görüntüdə nə qırmızı işıqda keçdiyi, nə də onun avtomobilinin nömrəsi görünməmişdir. Orada da o, bir daha avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol vermədiyini bildirsə də barəsində əsassız olaraq İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmağına dair qərar qəbul etmişlər. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər)məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Göstərilənlərin nəzərə alınaraq Bakı şəhəri X10 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 26.07.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verib, Bakı şəhəri X10 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 26.07.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhəri X10 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri X10 İdarəsinin 08.07.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 08 iyul 2021-ci il tarixdə, saat 14:33-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində **-EN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ minik” markalı avtomobili idarə edərkən yol hərəkəti haqqında Qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri X10 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 26.07.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 08 iyul 2021-ci il tarixdə, saat 14:33-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində **-EN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ minik” markalı avtomobili idarə edərkən yol hərəkəti haqqında Qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 60 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 3(006)- 2161/2021 nömrəli qərardadına əsasən X2 Bakı şəhər BPİ-nin DYPİ-nin 08 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 iyul 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 3(103)-2124/2021 nömrəli qərarına əsasən X2 Bakı şəhər BPİ-nin DYPİ-nin 08 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 iyul 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş 26 iyul 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Məhkəmə, X5 tərəfindən 08.07.2021-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X5 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X2 barəsində Bakı şəhəri X10 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 26.07.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhəri X10 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 26.07.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün qərar Bakı şəhəri X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1017/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1017/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver