Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1018/2021 11.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 11 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-1105 saylı,14 sentyabr 2017-ci il tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Borclu 11 avqust 2021-ci il tarixdə icra şöbəsinə gəlmiş və ondan izahat alınmış, borclu izahatında icra sənədindən xəbərdar olduğunu, səhlənkarlıq edərək ödəməni həyata keçirmədiyini, maddi imkanı olmadığından və işləmədiyindən borc öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2585/2015 saylı, 21 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 29 aprel 2015-ci il tarixdən başlayraq 29 oktyabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150(yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Borclu aliment borcunu ödəmədiyinə görə, 2017-ci ildə borclu haqqında islah işləri cəzası təyin edilmişdir. 2019-cu ildə isə 2605 manat borca görə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclunun anası borclunun aliment borcundan 2000 manat ödəniş etmişdir. 26 noyabr 2020-ci ildə borclunun rəsmi iş yeri olduğundan yaranmış 1760 manat aliment borcu borclunun maaşından tutulmaya yönləndirilmişdir. 10 mart 2021-ci il tarixdə isə borclu işdən azad olunmuş, buna görə də aliment borcunun qalan hissəsi ödənilməmiş qalmışdır. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və yığılmış aliment borcundan hal-hazırda ödəniş etməməklə bu günki tarixə ödənilməmiş 3274 manat aiment borcu yaranmışdır. Aliment borcunu ödəmədiyinə görə borclu 14 sentyabr 2017-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500(beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin borclu tərəfindən hal-hazıradək həmin cərimədən heç bir ödəniş edilməmiş və buna hər hansı bir formada cəhd belə göstərilməmişdir. Odur ki borclunun İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-185/2019 saylı, 05.02.2019-cu il tarixli icra sənədindən xəbərdardır. Həmin icra sənədi üzrə 500 manat inzibati cərimə borcunu heç yerdə işləmədiyi və maddi imkansızlığı səbəbindən ödəyə bilməmişdir. Əməlindən peşmandır. Əlavə olaraq qeyd etmişdir ki, hazırda əmək qabiliyyətlidir, barəsində ictimai işlər cəzası tətbiq olunduğu təqdirdə cəzasının icrasını təmin edəcəkdir. Sadalananları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, , toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qərarının icrasını üzürlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz ) saat ictimai işləri növündə tənbeh edilsin. Şəxs üzərində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs təyin edilmiş cəzasının çəkilməsinin əvvəli ictimai işlərin yerinə yetirildiyi vaxtdan hesablansın. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1018/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1018/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver