Məhkəmə qərarları › İş №3(002)-1019/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1019/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1019/2021 11.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, X1, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6 borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2585/2015 saylı, 21 may 2015-ci il tarixli icra vərəqəsi üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2585/2015 saylı, 21 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 29 aprel 2015-ci il tarixdən başlayraq 29 oktyabr 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150(yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Borclu aliment borcunu ödəmədiyinə görə, 2017-ci ildə borclu haqqında islah işləri cəzası təyin edilmişdir. 2019-cu ildə isə 2605 manat borca görə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclunun anası borclunun aliment borcundan 2000 manat ödəniş etmişdir. 26 noyabr 2020-ci ildə borclunun rəsmi iş yeri olduğundan yaranmış 1760 manat aliment borcu borclunun maaşından tutulmaya yönləndirilmişdir. 10 mart 2021-ci il tarixdə isə borclu işdən azad olunmuş, buna görə də aliment borcunun qalan hissəsi ödənilməmiş qalmışdır. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və yığılmış aliment borcundan hal-hazırda ödəniş etməməklə bu günki tarixə ödənilməmiş 3274 manat aliment borcu yaranmışdır. Onunla aparılmış profilaktiki söhbətlərə baxmayaraq hal hazırda da hər hansı bir ödəniş etmək fikrində olmadığı müəyyən edilmişdir. Odur ki, borclu barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahat verərək bildirmişdir ki, borclunun 3274 manat aliment borcu var və borcunu ödəməkdən yayınır. Hal-hazırda himayəsində olan uşağın xərclərini ödəməkdə xüsusi çətinlik çəkir. Övladı ilə birlikdə yaşayır. Borclunun bütün borcunu ödəməsini, əks halda inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu bundan əvvəlki məhkəmə iclaslarından birində də borcu ödəyəcəyinə söz vermiş, o da buna inanaraq işə xitam verilməsi barədə məhkəmə iclasında ərizə vermiş, lakin borclu verdiyi sözə əməl etməmiş və aliment borcu daha da çoxalmışdır. Bu səbəbdən də onun güzəştə getmək fikri yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hal-hazırda işləmədiyinə görə ödəniş etməkdə çətinlik çəkiir. Əvvəllər rəsmi iş yeri olmaqla əmək haqqından aylıq tutulmalar olmuşdur. Lakin sonradan işdən çıxdığı üçün ödəniş edə bilməmiş və hazırda 3274 manat aliment borcu yaranmışdır. Hal-hazırda aliment borcundan hər hansı bir miqdarda ödəniş etmək iqtidarında deyildir. Bu ilin mart ayında işdən çıxdığı üçün aliment borcu yığılmışdır. Tələbkar razı olacağı təqdirdə avtomobilini satdıqdan sonra qalan aliment borcunu ödəyə bilər. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 11 avqust 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və yaranmış aliment borcunu üzrlü səbəbdən ödəməməsi barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar