Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-102/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon DYPŞ, polis baş leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə etmişdir. Belə ki, o, xx.xx.2023cü il tarixdə saat 21:50-də Lökbatan qəsəbəsi, 28 May küçəsi ərazisində "X7” minik markalı 99XB707 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən hərəkət zolağına çıxmadan manevr etmişdir. Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsində xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyət hadisəsi üzrə İXP ******* saylı xx.xx.2023 tarixli qərar yazılmışdır. Hadisədə 99XB707 dövlət qeydiyyat nişanlı “Hundai Santafe” markalı və 30BM052 dövlət qeydiyyat nişanlı “Nissan Tiana” markalı avtomobillər saat 22:00 ətrafında toqquşmuşdur. 18.01.23-cü il tarixdə onunla əlaqə saxlanılmış və xx.xx.2023-cü il tarixdə izahat yazmaq üçün saat 09:00-da Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə (DYPŞ) gəlməsi xahiş olunmuşdur. İzahatı yazmış və yol-nəqliyyat hadisəsinin sxeminə qol çəkməsinə baxmayaraq, sxem səhv çəkilmişdir və o, yerində bunu bildirmişdir. Sxemdə qoşa xətt və piyada zolaqları göstərilməmişdir. Ona görə ki, hadisə o, yolun qoşa xəttin qırıq olan hissəsinin artıq keçərkən yolun əks istiqamətində baş vermişdir. Arxadan gələn “Nissan Tiana” markalı maşın əks istiqamətli yola çıxıb onu ötmək istəyərkən avtomobilinin sol qabaq hissəsi “Nissan Tiana” markalı avtomobilin sağ iki qapısına dəymişdir. Qərarı xx.xx.2023-ci il tarixdə DYPŞ-dan istəməsinə baxmayaraq, qərar ona verilməmişdir. Eyni zamanda o, xx.xx.2023-cü il tarixində həmin DYPŞ-də olarkən yol-nəqliyyat hadisəsinin iştrakçısı sayılan “Nissan Tiana” markalı maşının sürücüsünün Cəlilov D.N. olması məlumatının kamera vasitəsi ilə yoxlanılmasını xahiş etmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə ona bildirilmişdir ki, sürücünün kim olduğu, onun günahkar olub-olmamasına təsir etmir. Protokol və qərar ona verilməmişdir. Kamera görüntülərinə onun iştirakı ilə yenidən baxılması tələbini nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs X2 və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə lazımi qaydada məlumat verilsə də, şikayət vermiş şəxs məhkəməyə gəlməmiş, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, B.Z.Rəhimov 13 yanvar 2023-cü il tarixdə, saat 21:50-də idarə etdiyi “X8” minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətasına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, B.Z.Rəhimov barəsində 13 yanvar 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol əsasında 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və B.Z.Rəhimovun 13 yanvar 2023-cü il tarixdə idarə etdiyi “X8” minik markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətaya yol verməsi səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, B.Z.Rəhimovun barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, qeyd edilən inzibati xəta haqqında protokol və qərar B.Z.Rəhimova təqdim edilməmişdir. Bundan əlavə hadisə yerinin videogörüntülərinə baxmaq istəməsi barədə müraciəti Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən təmin edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-102/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-102/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver