Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1020/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X4, Qaradağ rayon X11 Şöbəsinin polis leytenantı X1 iştirakı ilə, X4 Qaradağ rayon Polis İdarəsi X11 Şöbəsi tərəfindən tərtib olunmuş 07 aprel 2023cü il tarixli TP ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 rayon Polis İdarəsi X11 Şöbəsi tərəfindən tərtib olunmuş 07 aprel 2023-cü il tarixli TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon DYPŞ baş inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 07 aprel 2023-cü il tarixli, TP ******* saylı qərarla o İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o xx.xx.2023-cü il tarixdə saat 17:30-da Meyvəli bazarla Sədərək ticarət mərkəzi arasında “X9 1846 LS2” yük markalı 99UK877 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hərəkət qaydalarını pozmuşdur. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Barəsində tərtib edilmiş protokoldan narazı olmuşdur və DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Lakin heç bir araşdırma aparılmadan qərar qəbul edilərək onu 40 manat cərimə etmişlər. Protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, həmin vaxt o ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Onun elektron poçtuna bu barədə SMS gəlmiş, lakin hadisənin foto görüntüləri göndərilməmişdir. Dairədə öz yolunda olmuşdur. “Opel” minik avtomobili yolu gözləmədən onun qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin ərazidə kamera olmaqla bütün bunların görüntüsü olsa da ona heç bir görüntünü göstərmirlər. Nəyə görəsə bütün bunları gizlədirlər. Kameranın ortaya çıxarılmasına maraqlı olan şəxslər vardır ki, kamera görüntüsü ortaya çıxarılmır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon X11 Şöbəsinin polis leytenantı X3 bildirmişdir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı iş materiallarında olan videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı X4 “X9 1846 LS2” yük markalı 99UK877 dövlət qeydiyyat nişanlı avtomobil ilə X8 Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci bəndinin tələblərini pozduğu müəyyən edilmişdir. X8 Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Qaradağ rayon Polis İdarəsi X11 Şöbəsi tərəfindən tərtib olunmuş 07 aprel 2023cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1020/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1020/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver