Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1021/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11ci PB-nin sahə inspektoru polis mayoru X1, 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Xanalion kəndinəndə qeydiyyatda olmaqla, ünvan 1 mənzil 31 ünvanında yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasəninzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Xəzər” minik markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış karantin postundan xüsusi icazəsi olmayan sərnişinləri keçirtmişdir. Bununlada o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Buna görə də xx xxxxxx 2020-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs qeyd olunan inzibati pozuntu ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək karantin rejiminin qaydalarını bilməyərəkdən pozduğunu bildirmişdir. O, öz izahatında göstərmişdir ki, “Uber” şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə Masallı rayonundan Bakı şəhərinə gələrkən tanımadığı sərnişinləri avtomobilinə əyləşdirmirşdir. Bakı-Ələt magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış “xüsusin karantin” postunda Bakı şəhərinə daxil olmaqları barədə xüsusi icazələrin olub-olmaması yoxlanılarkən, sərnişinlərin icazəsi olamdığından onlar Bakı şəhərinə buxarılmamış, lakin onun portalda icazəsi olduğundan, Bakı şəhərinə yolunu davam etməyə icazə vermişlər. Bundan sonra postu keçmiş və qarşıda yolun kənarında yanında bir xanım uşaq ilə durmuş və o da onları götürmək istməşdir ki, həmin vaxt postdan buraxılmayan sərnişinlər onu ucadan çağıraraq gözləməsini xahiş etmişlər. O, isə sərnişinlərə postdan necə keçdiklərini və polis əməkdaşlarının onlara bayaq Bakı şəhərinə icazə verməməsini söylədikdə onlar isə polis əməkdaşları onlara sonradan icazə verdiyini bildirmişlər. Həmin sərnişinlər avtomobilə əyləşərkən polis əməkdaşları bunu görmüş və dərhal ona yaxınlaşmışlar. Daha sonra isə onları Polis Bölməsinə aparmışlar. Sərnişin kimi avtomobildə əyləşənlərin hər birisinə ayrı-ayrılıqda protokol tərtib edilərək cərimə tətbiq edilmişdir. Lakin o avtomobil sürücüsü olduğundan və qanunsuz sərnişinləri postdan keçirtdiyinə görə barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol ətrtib edib, 30 avqustdan 2020-ci il tarxidən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 00:10 radələrində isə barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edlmiş və həmin gün yəni xx xxxxxx 2020-ci il tarixdə onu məhkəməyə gətirmişlər. Hal-hazırda törətdiyi əməldən peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və “xüsusi karantin rejimini” bilərəkdən pozmamasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbqi edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 211.1ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün və protokolu tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə daha müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs AzərbaycanRespublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1021/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1021/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver