Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1024/2020 01.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, xx.xx.1991-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 material daxil olmuşdur. Məhkəmə iş üzrə materialını araşdıraraq hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinin tələbinə görə, inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinin tələbinə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinin əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. İXM-in 211 və 333.1-ci maddələrinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına zidd olaraq inzibati xəta törətmiş şəxsin iştirakı məhkəmədə təmin edilmədən, eyni zamanda Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 3(002)-522/2020 saylı qərardadı ilə geri qaytarılmış inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2020-cı il tarixli protokol heç bir dəyişiklik edilmədən, yəni qərardadda göstərilmiş natamamlıqlar aradan qaldırılmadan ona əlavə edilmiş sənədlərlə yenidən xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmamazlıq aradan qaldırılmadan, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş İXP ******* nömrəli, xx.xx.2020-cı il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1024/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1024/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver