Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1024/2021 13.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru polis baş leytenantı X1, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 04 iyul 2021-ci il tarixdə axşam saat 22:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində yerləşən “Dəniz” kafesində masanın üzərində X2 məxsus içərisində 212 manat olan pul kisəsini oğurlamışdır. Buna görə də onun barəsində 13 avqust 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nin sahə ispektoru, polis baş leytenantı X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 04 iyul 2021-ci il tarixdə axşam saat 22:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində yerləşən “Dəniz” kafesində masanın üzərində X2 məxsus içərisində 212 manat olan pul kisəsini oğurlamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs dəymiş ziyanın ödənilməsi üçün şərait yaradılsa da hazırda onun tərəfindən dəymiş zərər ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında yuxarıda qeyd olunan xırda talamanın onun tərəfindən törədildiyini və vurduğu ziyanı haırda imkanı olmadığı üçün ödəyə bilməyəcəyini, pulu xərclədiyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama iş materilalları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 3 iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 23(iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 13 avqust 2021-ci il saat 15:30-dan hesablansın 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nə həvalə edilsin.
4. Zərərçəkmiş şəxsə izah edilsin ki, inzibati xəta nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. 5.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 6.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov