Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1025/2021 02.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X2 iştirakı ilə, X4, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8, şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş 05 avqust 2021ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən və 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X8 05 avqust 2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seydiov küçəsində yerləşən “VİP” çay evində pleysteyşin oyunları təşkil edərək karantin qaydalarını pozmuşdur. Beləliklə, “Köhnə Bakı” kafesinin sahibkarı X8 vəzifəli şəxs kimi 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, vaxtı ilə Sahil qəsəbəsində atasının adına olan 16 kvadrat metr mağazaları olmuşdur. Atası 2005-ci ildə vəfat etmişdir. Atası ölməmişdən qabaq öz xalasıoğlu ilə mağazanı iki otaqlı ev ilə dəyişmişdir. Atasının xalası oğlu Rusiya Federasiyasında yaşayır. O vaxtdan bu günə kimi mağaza icarəyə verilmişdir. İcarə pulunu həmişə o götürüb Rusiyaya göndərmişdir. 05 avqust 2021-ci il tarixdə saat 19:40 radələrində 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən reyd olmuş və həmin obyektdə olan hər kəs polis bölməsinə aparılmışdır. Daha sonra polis əməkdaşları ona zəng edərək onun bölməyə gəlməyəcəyi təqdirdə həmin adamları buraxmayacaqlarını bildirmişlər. O, iki saatdan sonra polis bölməsinə getmişdir. O, bölməyə daxil olmamışdan qabaq 102 qaynar xəttinə zəng etdiyi üçün polislər tərəfindən bölməyə aparılmış yeddi nəfəri bundan sonra buraxılmışdır. O, bölməyə daxil olanda artıq iki nəfər şəxs 400 manat məbləğində cərimələnmişdi. Daha sonra polis əməkdaşları ona demişlər ki, həmin obyekt onundur. Buna görə də onu da 4000 manat cərimələmişlər. Halbuki o obyektlə onun heç bir bağlantısı yoxdur. Bütün sənədlər hamısı atasının adına olmuşdur. Atasının xalası oğlu da Rusiyada yaşayır və obyekt 17 ildir ki, həmin qohumlarına məxsusdur. O protokolu imzalamaqdan imtina etdikdə polis əməkdaşları gətirilmiş iki nəfər şəxsin buraxılmayacağını bildirərək ona izah etmişlər ki, məhkəməyə şikayət verib protokolu ləğv etdirə bilər. Buna görə də məcbur olub protokolu imzalamışdır. Bundan başqa onu qanunsuz olaraq həm də , heç bir əsas olmadan vəzifəli şəxs kimi cərimələmişlər. Odur ki, barəsində tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Qaradağ RPİ-nin 38-ci PB-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Qaradağ RPİ-nin 38-ci PB-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, X8 barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətmiş X3 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, barəsində protokol tərtib edilən şəxsin vəzifəli şəxs olub-olmaması, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə iclasında da X4 təqsirli olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və Qaradağ RPİ-nin 38-ci PB-si tərəfindən həmin şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati protokolda və qərarda “VİP çay evi” kimi qeyd edilmiş tikili Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 08 may 2000-ci il tarixli 419 saylı sərəncamı ilə Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 18, mənzil 28-də yaşayan X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində 16,0 kv.m sahəsi olan mağaza tikintisi üçün icazə verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən isə aydın olur ki, X9 31 iyul 2005-ci il tarixdə ölmüşdür. Göründüyü kimi qeyd olunan obyekt X6 rəsmi olaraq hər hansı bir formada məxsus deyil, o cümlədən iş materiallarında onun həmin obyekti qeyri-rəsmi formada vəzifəli şəxs kimi işlətməsinə dair də hər hansı bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 114, 115, 128, və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1025/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1025/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver