Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1028/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ATS-nin inzibati binasında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş xx.xx.2020-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 33, mənzil 20 ünvanından dəyəri 200 (iki yüz) manat olan , Alman İstehsalı 1 ədəd “SUPKRİOR” markalı velosiped oğurlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3, məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2020 tarixdə saat 22:40 radələrində ünvan 1 ünvanında binanın dəhlizindən X4 məxsus dəyəri 200 manat olan “SUPKRİON” markalı velosipedi oğurlamışdır. Şəxs şübhəli şəxs qəsəbəsində saxlanılaraq 38-ci PB-nə dəvət olunmuşdur. Sorğu zamanı Şəxs öz əməlini etiraf etmişdir. Şəxs tərəfindən oğurlanmış malın ümumi məbləği 500 manatdan aşağı olduğundan onun tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini qeyd edib çıxışında göstərmişdir ki, xx.xx.2020-ci il, təxminən 22:40-da axşam radələrində Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 33 ünvanı yaxınlığından keçərkən maddi durumunun zəif olması ilə əlaqədar blokda sahibsiz qalan velosipedi oğurlamışdır. Üzərində göy rəngli “SUPKRİOR” yazılı velosipedi Lökbatan dairəsində 80 manata “TAP.BİZ” saytı vasitəsilə tanımadığı Sumqayıt şəhəri sakininə satmışdır. Son olaraq məhkəməyə müraciət edib zərərçəkmiş şəxs X4 dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alıb onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyindən sonuncu ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, bu barədə ərizəsini məhkəməyə qədim edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına, yəni dəymiş ziyan 500 manatdan yuxarı olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, gələcəkdə oğurluq etmiş şəxs və ya şəxslər müəyyən edilərək AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi tapşırılmışdır. X2 xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyindən, sonuncu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığının nəzərə alınaraq Şəxs inzibati məsuliyyətdən azad olunmasına etirazı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə X5 ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1028/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1028/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver