Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1029/2022 20.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İHakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 3(002)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əsasən Şəxs 500 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra sənədi 08 sentyabr 2021-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tələbin könüllü icra olunması üçün borclunun yaşadığı ünvanına bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə bağlı heç bir müsbət hərəkət etməmişdir. Borcluya məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Bununla belə borclu Şəxs hal-hazırki müddət ərzində icra sənədi üzrə müəyyən edilmiş tələbi yerinə yetirməmiş, şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən yayınmış və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmış, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görməmişdir. Borclu Şəxs icra sənədini könüllü icra etmədiyindən əmlakının və gəlirinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin heç bir müsbət cavab alınmamışdır. Borclu 25 avqust 2022-ci il və 20 sentyabr 2022-ci il tarixlərdə şöbəyə dəvət olunmuş, barəsində çıxarılmış icra sənədi üzrə izahatları alınmış və Qaradağ Rayon Məhkəməsinin 3(002)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 500 manat inzibati cərimənin dövlət nəfinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Şəxs tələbin təmin olunması bildirilsə də, Şəxs maddi imkanı olmadığı üçün icra edə bilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən xəbərdardır. Həmin icra sənədi üzrə 500 manat cərimə edilməsi barədə xəbərdar olduğunu lakin işsiz olduğunu, ödəmək imkanı olmadığını, heç bir ödəniş etmədiyini, bundan sonra da ödəməyəcəyini bildirmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)- 1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, 25 avqust 2022-ci il və 20 sentyabr 2022-ci il tarixlərdə Şəxs icra şöbəsinə gələrək izahat vermiş, izahatlarında 500 manat cərimə edilməsi barədə xəbərdar olduğunu lakin işsiz olduğunu, ödəmək imkanı olmadığını, heç bir ödəniş etmədiyini, bundan sonra da ödəməyəcəyini qeyd etmişdir. Beləliklə müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 500 manat cərimə edilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Qaradağ rayon İcra şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, şöbəyə dəvət olunmasına baxmayaraq o, icranı könüllü təmin etməmiş və heç bir rəsmi əsas təqdim etmədən icra sənədinin icrasını təmin edə bilməyəcəyini bildirmişdir. Beləliklə, Şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının icrasını 25 gündən artıq müddət ərzində təmin etməmişdir. İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələri ilə nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) saat ictimai işləri növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1029/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1029/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver