Məhkəmə qərarları › İş №3(002)-1030/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1030/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1030/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (qanuni təmsilçisi) X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli 00100-1418/20 saylı protokoldan görünür ki, Samux rayonu, Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə xx.xx.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********3913 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə 1 (bir) ədəd karton qutuda gömrük orqanına bəyan edilməyən üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu narinqı), üzərində “Ecbalium 30 ml sprey” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr" sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində ı:Deprepr" sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO- TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URQ-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC" sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatlarına bənzər yük olduğu müəyyən edilərək götürülmüşdür. 00100-1418/20 nömrəli materialın araşdırılması üzrə qeyd olunan malın kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan dərman preparatlarına oxşar predmetlərin narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid olub-olmaması, növü, ümumilikdə və ayrı-ayrılıqda təsiredici maddəsi, miqdarının müəyyən edilməsi və xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400- 013/0xx-xx/005410 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 6/1320-9/2514 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatları narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid olmadığı, dərman preparatlarının üzərilərində markalanma göstəriciləri (ticari adı, yararlıq müddəti, ştrix kodu və s) olmadığından həmin preparatların qiymətini müəyyən etmək mümkün olmadığı, tarix göstəriciləri olmadığı üçün onların yararlıq müddətinin müəyyənetmək mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (qanuni təmsilçisi) X2 izahatında göstərmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********3913 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən qidaya əlavələrindən başqa həmin avtomaşında gömrük orqanına düzgün bəyan edilməyən üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu naringi), üzərində “Ecbalium 30 ml sprev” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində heç bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan 17 konvalyut, hərkonvalyutda 10 kapsul, üzərində “Deprepr” sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO-TT" sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URO-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC” sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul qida əlavələri olmuşdur. Bununla bağlı bildirir ki, Şəxs MMC-nin əsas fəaliyyəti ölkə ərazisinə qida əlavələri idxal edərək topdan satışını həyata keçirməkdir. 31R2874/31R1865 avtomaşınla daxil olmuş mallara gömrük nəzarəti keçirilərkən aşkar edilmiş 1 qutu qida əlavələri nümunə olaraq Türkiyədən göndərilmişdir. Belə ki, göndərilən nümunələri Türkiyənin Medicure ilaç Sanayi ve Tic.LTD.ŞTİ şirkətindən adı qeyd olunan MMC göndərilməsini xahiş etmişdir, lakin həmin malların 31R2874/31R1865 avtomaşında olmasından xəbərsiz olmuşlar. Çünki, həmin avtomaşında göndərilən qida əlavələri yükü üçün tərtib edilən GİB**********072 saylı xx.xx.2020-ci il tarixli invoys sənədində əlavə olaraq qida əlavələri qeyd edilmədiyindən Şəxs MMC **********3913 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan etməmişdir. Mallar aşkar olduqdan sonra MMC malları göndərən firma ilə əlaqə saxlamış və cavab olaraq 1 qutu qida əlavələrindən nümunə qoyulduğunu, lakin unudularaq invoys sənədində qeyd etmədiklərini bildirmişlər. İnzibati xəta haqqında protokol tərtib etmiş səaliyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hüquqi şəxsin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 00100-1418/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Samux rayonu, Alabaşlı kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə xx.xx.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı 31R2874/31R1865 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********3913 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə 1 (bir) ədəd karton qutuda gömrük orqanına bəyan edilməyən üzərində “Sendhe” sözü yazılan, 9 qutu, hər qutuda 2 konvalyut olmaqla, hər konvalyutda 12 həb olmaqla, cəmi 24 həb, (3 qutu limon, 3 qutu nanə, 3 qutu narinqı), üzərində “Ecbalium 30 ml sprey” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “ASO-H 150 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində “Kidney Plus 50 ml” sözü yazılan 3 ədəd şüşə flakonda, üzərində hec bir yazısı olmayan 12 konvalyut, hər konvalyutda 15 kapsula, üzərində “Renusept” sözü yazılan 9 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “Deprepr" sözü yazılan 17 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində ı:Deprepr" sözü yazılan (selofan paketdə) 366 kapsul, üzərində “URO-TT” sözü yazılan (selofan paketdə) 330 kapsul, üzərində “URQ-TT” sözü yazılan 21 konvalyut, hər konvalyutda 10 kapsul, üzərində “OXSA-ZNC" sözü yazılan 11 konvalyut, hər konvalyutda 10 kapsul dərman preparatlarına bənzər yük olduğu müəyyən edilərək götürülmüşdür. İş materiallarında olanAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1320, 9/2514 nömrəli `xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İnternet sayıtlarında və eləcə də Bakı şəhərində apteklərdə “Sendhe medicure” adlı həblərin satışı və qiymətləri barədə məlumat olmadığından qiymətini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş digər dərman pereparatlarının üzərlərində markalanma tacirləri (ticari adı, yararlıq müddəti, ştrix kodu və s.) olmadığından həmin pereparatların qiymətini müəyyən etmək mümkün olmadı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddənin sanksiysına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi ilə yanaşı malların dəyərinin müəyyən faizi miqdarında cərimə növündə tənbeh tədbiri nəzərdə tutulduğundan və hazırkı halda isə işə baxıb tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddənin sanksiysına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar