Məhkəmə qərarları › İş №3(002)-1031/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1031/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1031/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Böyük Britaniya və X2 Krallığının vətəndaşı X6 adından vəkili və nümayəndəsi Vəkil tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin inzibati tənbeh vermə haqqında 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı qərarından verdiyi şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Böyük Britaniya və X2 Krallığının vətəndaşı X6 adından vəkili və nümayəndəsi Vəliyev X3 rayon Məhkəməsinə şikayətlə müraciət edərək X6 barəsində ƏƏSMN yanında DƏMX-nin İnzibati tənbeh vermə haqqında 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər ərazi idarəsi “Baker Hughes Services İnternational LLC” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin keçmiş əməkdaşı X1 01 sentyabr 2020-ci il tarixli müraciətinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamış və İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 29 mart 2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı 105218 saylı protokolu tərtib etmişdir. 09 aprel 2021-ci ildə X4 Protokola və işin digər materiallarına baxaraq inzibati tənbeh vermə haqqında 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı qərarı qəbul etmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, “Baker Hughes Services İnternational LLC” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin hüquqi ünvanı ünvan 1bati xəta hadisəsi Qaradağ Rayonunun inzibati ərazisində baş verməmişdir. Bundan başqa qərardan şikayət verən X5 vəkili və nümayəndəsi Vəkil həmin işə barəsində qərar çıxarılmış şəxsin yaşadığı yerdə baxılmasına dair vəsatət ilə də məhkəməyə müraciət etməmişdir. Bundan başqa iş materiallarına “Baker Hughes Services İnternational LLC” şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin Qaradağ rayonu ərazisində fəaliyyət göstərməsinə dair heç bir sübut əlavə edilməmişdir. Hətta məhkəməyə belə bir sübut təqdim edilmiş olsaydı belə, törədilməsi ehtimal olunan inzibati xəta istehsalat xətası olmamaqla birbaşa hüquqi şəxsin öz ünvanında icra edilmiş işlə əlaqədardır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan şikayət ərizəsinə hadisənin törədildiyi ərazinin yerləşdiyi Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Böyük Britaniya və X2 Krallığının vətəndaşı X6 adından vəkili və nümayəndəsi Vəkil tərəfindən ƏƏSMN yanında DƏMX-nin inzibati tənbeh vermə haqqında 09 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın və izah edilsin ki, həmin qərardan şikayətlə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar