Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1033/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Dövlət X7, Yol-Patrul Xidməti Alayının 6-cı Tağımın baş inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlunun, Müdafiəçi - Bakı şəhəri, 10 saylı vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Qovlar şəhəri, ünvan 1 A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Şəxs xx.xx.2020-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində sanitariyagigiyena və karantin rejiminin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 Yol-Patrul Xidməti Alayının 6cı tağımın baş yol patrul xidməti inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 Yol- Patrul Xidməti Alayının 6-cı tağımın baş inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tərtib etdiyi protokolun məzmununa uyğun çıxış edərək, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində quraşdırılmış “Xüsusi Karantin” postunda “Mercedes E 220” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda yoxlama məntəqəsində icazələrinin olubolmaması yoxlanılan zaman müəyyən olunmuşdur ki, avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü, ünvan 2 A ünvanında yaşayan Şəxs və avtomobildə olan 3 nəfər sərnişinlərdən birinin Bakı şəhəri, Xətai rayon sakini 1976-cı il təvəllüdlü X3 portalda müvafiq icazələri yoxdur. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücü Şəxs avtomobilində olan sərnişinləri 20 manat pul müqabilində Bakı şəhərindən Tovuz rayonuna aparmağı öz öhdəsinə götürmüş. Bundan sonra avtomobildə olan sərnişin Bakı şəhər sakini X.Məmişov qanuna müvafiq qaydada cərimə olunaraq Bakı şəhəri istiqamətinə geri qaytarılmış, sürücü Şəxs isə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes E 220” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-avtovağzalından müştəri qismində 3 nəfər sərnişini bir Bakı qeydiyyatında olan adını isə sonradan Xəqani kimi bildiyi şəxsi 20 manat müqabilində Ağstafa və Tovuz rayonuna daşımağı öhdəsinə götürərək üzü Tovuz rayonu isiqamətinə doğru yola düşmüşdür. Həmin gün saat 12 radələrində Ələt qəsəbəsi ərazisində quraştırılmış karantin postunda yoxlama məntəqəsində polis əməkdaşları onların icazələrinin olubolmadığını yoxlamışlar. Yoxlama zamanı müəyyən olunmuşdur ki, onun və avtomobildə olan Bakı şəhər sakini X.Məmişovun portalda heç bir icazəsi yoxdur. Bundan sonra sərnişin X.Məmişov polis əməkdsaşları tərəfindən Bakı istiqamətinə geri qaytarılmış, davtomobildə olan digər rayon qeydiyyatlı sərnişinələrə isə özlərinin rayona gedə biləcəkləri təklif olunmuşdur. Onun isə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Sonda məhkəməyə müraciət edərək bir daha analoji hallara yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazilirliyi Baş Dövlət X7 rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri polis polkovniki cənab Fuad Mayılova ünvanlanmış raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Mercedes E220 markalı ** UV *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Tovuz rayon Qovlar şəhəri Füzuli küçəsi ev 12A sakini Şəxs qanunsuz olaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olub, özü portal qeydiyyatında olmadığı halda Bakı şəhərindən rayon istiqamətinə 2 sərnişin rayon qeydiyyatı olduğu halda 3- cü sərnişin Bakı şəhəri Xətai rayon sakini 1976-cı il təvəllüdlü X1 yaxınlaşaraq Ağstafa rayonuna ,onun qeydiyyatla bağlı karantin postunda problem yaranmasını soruşduqda sürücü gediş haqqı 30 azn məbləğindən əlavə 20 manat pul istəyərək mənzil başına çatdıracağını bildirmişdir. Beləki karantin postunda saxlanılıb yoxlama zamanı vətəndaş Məmişovun sənədi öz üzərində qalmaq şərti ilə xidməti zamanı YPX əməkdaşlarına sürücü əlavə olaraq Tovuz rayon 1959-cu il təvəllüdlü X4 məxsus AZE 08819021 nömrəli şəxsiyyət vəsiqəsini təqdim edərək Bakı sakini Məmişov Xəqanini yoxlamadan yayınmağa cəhd etmişdir. Lakin Bakı-Ələt yolunun 65 ci kmdə Xüsusi Karantin postunda ypx əməkdaşlarının ayıq-sayıq yoxlaması zamanı aşkar edilmiş,karantin rejiminin pozulması halının yaranmasına səbəb olmuşdur. Sürücü sərnişinlə birlikdə 719 saylı DYP postuna gətirilmişdir. İlkin izahatlar alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahının qeyd edilən qərarlarında nəzərdə tutulmuş qaydada müvafiq icazəsi olmayan sərnişini Ağstafa rayonuna aparmağa cəhd etmişdir. Qeyd olunan halı Şəxs mübahisələndirməyərək etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1033/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1033/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver