Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1034/2021 03.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Şəxs barəsində İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 07 avqust 2021-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, bina 17A, mənzil 13-də yaşayan 20.10.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 03.05.2021-ci il tarixdə saat 15:45-də Diaqnostika Mərkəzinə “iş vaxtı sol qolun və sağ üzün kəsilmiş yarası” diaqnozu ə daxil olması barədə Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsinə məlumat vermişdir. Həmin məlumat üzrə toplanmış materiallar 06 may 2021-ci il tarixli məktubla aidiyyəti üzrə Qaradağ rayon prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması 17 may 2021-ci tarixdə rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Nurlan Rahmanova həvalə edildiyindən tərəfindən müvafiq araşdırma aparılmışdır. Qaradağ rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Nurlan Rahmanov tərəfindən qəbul edilmiş 07 avqust 2021-ci il tarixli qərarla 50C-21 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və toplanmış materialların Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 01.03.2021-ci il Tarixli, 08 nömrəli əmək müqaviləsinə əsasən “NOV Azərbaycan LLC” şirkətində texniki baxış üzrə supervayzer(nəzarətçi) vəzifəsində işləməklə həmin şirkətinin ərazisində olan yuma aparatının konstruksiyasının və onun elementlərinin etibarlılığını təmin etməli, vəzifə Təlimatının 9 və 22-ci abzaslarının, “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nın 1.1, 1.2 cəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam :aydaları”nın 12 bəndinin tələblərinə əməl etməli olduğu halda bunlara əməl etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ya ehtiyatlılıq çöstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək şirkətinin ərazisində olan yuma aparatının su axımının “tapança” vasitəsi ilə tənzimlənməsi üçün su şlanqının ucundakı “tapança”nın tətiyinin xamıt vasitəsi ilə bağlanmasına nəzarət etməmiş, nəticədə 01.03.2021-ci il tarixli, 32 nömrəli əmək müqaviləsinə əsasən “NOV Azərbaycan LLC” şirkətində inspektor köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs 03 may 2021-ci il tarixdə saat 13:20 radələrində şirkətin Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Salyan şosesi 25-ci kilometrliyində yerləşən istehsalat sahəsinin həyətində açıq havada olan /uma məntəqəsində əl ilə idarə olunan “Hammelman” markalı həmin yüksək təzyiqli su vuran qurğu ilə dəmir boruları təmizləyərkən suyun qurğuya gəlməsini təmin edən borunu dartdıqda nəmin qurğunun əlindən çıxması nəticəsində su axımının “tapança” vasitəsi ilə tənzimlənməsi üçün su şlanqının ucundakı “tapança”nın tətiyinin xamıt vasitəsi ilə bağlı olması səbəbindən yüksək təzyiqli suyun sifət və boyun nahiyəsinə vurması nəticəsində alt çənənin əzilmişcırılmış yarası, sağ gicgah nahiyəsinin, üzün sağ yarısının, boyunun sağ yan səthinin və sol dirsək oynağının səthi yaralarından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alması ilə səbəbli əlaqə təşkil edən əməyin mühafizəsi qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurmuşdur. 02 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon prokurorunun köməkçisi X3 öz izahatında inzibati xəta haqqında qəbul edilmiş qərarı müdafiə edərək “NOV Azərbaycan LLC” şirkətində texniki xidmət üzrə supervayzer (nəzarətçi) vəzifəsində işləyən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında qərarla razı olmayaraq bildirmişdir ki, iş materiallarında qeyd olunduğu kimi onun xəsarəti heç də yüngül dərəcəli deyildir. Belə ki, iş düzgün araşdırılmamaqla ona vurulmuş xəsarət yüngül dərəcəli xəsarət kimi qeyd olunmuşdur. Halbuki hal-hazırda da onun üz nahiyyəsində sifətini tanınmaz və eybəcər hala salan yara izləri mövcuddur. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu cinayət işini heç bir qanuni əsas olmadan rədd etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar onun ünvanına rəsmi qaydada göndərilməmiş və ya ona təqdim edilməmişdir. Ümumiyyətlə onun həmin qərardan xəbəri olmamışdır. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə tanış edilməmiş və ümumiyyətlə həmin rəylərdən xəbəri olmamışdır ki, bununla da onun iş materialları tanış olmaq, iş üzrə vəsatət və etirazlar vermək hüquqları pozulmuşdur. Odur ki, işin yenidən araşdırılması üçün Qaradağ rayon Prokurorluğuna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan şəxs Şəxs öz izahatında qərarla razı olmayaraq əməlində heç bir hüquq pozuntusu olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan şəxs Şəxs vəkili və nümayəndəsi X2 öz izahatında qərarla razı olmayaraq Şəxs təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinin tərəflərə, o cümlədən zərərçəkmiş şəxsin ünvanına rəsmi qaydada göndərilməsi və ya ona təqdim edilməsi barədə heç bir sübut iş materiallarına əlavə edilməmiş, eləcə də iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının və məhkəmə-təhlükəsizlik texniki ekspertizasının müvafiq rəylərinin tərəflərə rəsmi qaydada göndərilməsi və ya onlara təqdim edilməsi, eləcə də iş materialları və həmin rəylərlə tərəflərin tanış olması barədə heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və bununla da tərəflərin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş aşağıdakı hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində göstərilir: 52.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. 52.2. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 62.2.2. izahat vermək; 62.2.3. sübutlar təqdim etmək; 62.2.4. vəsatət və etirazlar vermək. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, “NOV Azərbaycan LLC” şirkətində inspektor köməkçisi kimi işləmiş Zərərçəkmiş şəxs 03 may 2021-ci il tarixdə həmin şirkətdə xəsarət alması faktı ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1034/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1034/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver