Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1035/2020 03.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis vaş leytenantı X5, Zərərçəkmiş şəxs X2, 10 saylı vəkil bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1992-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Kürdəmir rayonu, Çöl-Əərb kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ATS-in binasında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis vaş leytenantı X10, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Protokol xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanının giriş qapısının önündə bir ədəd velosipedi oğurlayaraq zərərçəkmişə ümumilikdə 350 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X11 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, X1 RPİ-nin 38ci PB-nə ərizə ilə müraciət edərək xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanının giriş qapısının önündən bir ədəd velosiped tanımadığı şəxs tərəfindən oğurlandığını və ona 350 mana miqdarında ziyan dəydiyini bildirmişdir. Qeyd olunan oğurluq faktı ilə bağlı Polis Bölməsində araşdırma aparılmış və Şəxs törətdiyi əməl cinayət məsuliyyətinə səbəb olmadığı üçün barəsində “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və inzibati araşdırma aparılması üçün materallar onun icraatına verilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bildi və izahatında bildirdi ki, həqiqətəndə o, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanının giriş qapısının önündən bir ədəd velosiped oğurlamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəyən maddi ziyanın ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərəçəkmiş şəxs X8 öz izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanının giriş qapısının önündən bir ədəd velosiped saxlamışdır. Daha sonra isə tanımadığı şəxs tərəfindən velosipedinin oğurlandığını görmüş və ona 350 mana miqdarında ziyan dəydiyini bildirmişdir. Daha sonra o öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxxxx 2020ci il tarixdə saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında materialı tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X8 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş 350 manat məbləğində ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1035/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1035/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver