Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1035/2021 18.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 20 may 1975-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 nömrəli yataqxana ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 17 avqust 2021-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində İlhamə adlı qadının yaşadığı evin həyətində X3 döymüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 29 iyul 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qohum olmaqla öz aralarında razılığa gəlmiş və barışmışlar. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 öz izahatında bildirmişdir ki, Şəxs onun bacısının qaynanasıdır. 09 iyul 2021-ci il tarixdə qonşusu İlhamə adlı qadının yaşadığı ünvan 3 ünvanında olan zaman bacısının qaynanası Şəxs ilə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Əzəmət ona əli ilə vuraraq xəsarət yetirmişdir. Hal-hazırda o Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, X4 onun gəlinin bacısıdır. O, zərərçəkmiş şəxs Şəxs döydüyünə görə özünü təqsirli bilir, o, əməlindən səmimi peşimandır, hal-hazırda zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkməmə iclasında iştirak edən zərərçəkmiş X4 məhkəmə iclasında ərizə təqdim edərək Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inizbati materiala xitam verilməsini xahiş etmişdir. Şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışğı üçün işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasl İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1035/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1035/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver