Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1036/2021 18.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 2-də yerləşən nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 17 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs 09 iyul 2021-ci il tarixində Qızıldaş qəsəbəsində İlhamə adlı qadının həyətində Şəlalə Səlimovanı döyərək bədən xəsarəti yetirmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından 29.07.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. 17 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, 09 iyul 2021-ci il tarixdə qonşusu İlhamə adlı qadının yaşadığı ünvan 1 ünvanında olan zamana Şəlalə və Çimnaz adlı qadınlar ilə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Şəlalə onun anası Əzəmət Lətifovanı əli ilə vurmağa başlamış, bu zaman o da anasını müdafiə etmək üçün Şəlalənin bədənin müxtəlif yerlərinə əlləri ilə vurmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 09.07.2021-ci il tarixdə qonşusu İlhamə adlı qadının yaşadığı ünvan 1 ünvanına qonaq getmiş, həmin mənzildə olan zaman Əzəmət və Nərgiz adlı qadınlarda həmin evə gəlmişlər. Orada aralarında mübahisə yaranmış və mübahisə zamanı Nərgiz adlı qadın onun bədəninin müxtəlif yerlərinə əlləri ilə vuraraq ona xəsarət yetirmişdir. Son olaraq məhkəməyə ərizə ilə müraciət edib Şəxs ilə barışıq əldə etdiyini, ona dəyən ziyan tam ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs Nürəddin qızı, X9 və X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti 38-ci PB-nə göndərilmişdir. 27 iyul 2021-ci il tarixli raportun surətindən görünür ki, X4 DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə etdiyi müraciət əsasında HK-1/618 və Şəxs DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə etdiyi müraciət əsasında HK-1/619 saylı təhqiqat materialını nəzərdən keçirən zaman müəyyən edilmişdir ki, 09.07.2021-ci il tarixdə şəxsi münasibətlər zəminində tərəflər arasında yaranmış münaqişə zamanı Mərdanova Nərgiz Nurəddin qızı, X11, X5 və Çimnaz Abbasovanı vuraraq onlara dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Təhqiqat araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 09.07.2021-ci il tarixdə şəxsi münasibətlər zəminində tərəflər arasında yaranmış münaqişə zamanı X8 da Şəxs vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən Şəxs, Əzəmət Lətifovanın və Şəlalə Səlimovanın əməlinin cinayət deyil inzibati xəta olması müəyyən edilir. X1 və X6 yazdığı izahat ilə Mərdan Mərdanov ilə Çimnaz Abbasovanın heç kimi döymədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən Mərdanova Nərgiz Nurəddin qızı, X11 və X2 əməlində cinayət tərkibi deyil inzibati xəta olması müəyyən edilir. Zərərçəkmiş şəxs X2 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs X8 ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri, habelə qanununvericiliyin yuxarıda sadalanan imperativ normaları nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1036/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1036/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver