Məhkəmə qərarları › İş №3(002)-1038/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1038/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1038/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 505ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materialgeri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxx” MMC (VÖEN: **********) xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrükidarəsində Bövük Britaniyada fəaliyyət qöstərən “DD Thomos” şirkətindən MW880WW nömrənişanlı avtomobil ilə idxal edilmis vüklər **********2360 sorqu nömrəli qömrük bəyannaməsi iləbəvan etdiyi zaman 2192 kq kənd təsərrüfatı bitkilərin yıqılması üoün maşınlar və va mexanizmlərinhissələri, 58 kq sürtkü materilları, 700 kq kənd təsərrüfatmda istifadə olunan diqər əl əlatləri, 463ədəd filtirlər, 300 kq kənd təsərrüfatında istifadə edilən borular vükünü faktiki olaraq 11 avrı-ayrıvarımmövqeyində sinifləsdirməli olduqu halda, 5 mal mövqevi üzrə **********, **********,**********, ********** və ********* yarımmövqeyində sinifləşdirərək ödənilməli olan:2593,26 manat idxal rüsumu, 7612,28 manat əlavə dəyər verqisi, 30.00 manat elektron qömrükxidməti haqqı və 5.40 manat elektron qömrük xidməti üzrə əlavə dəyər verqisirıdən, ibarət olmaqlacəmi 10240,94 manat qömrük ödənişlərinin ödəniiməsindən yayınmışdır. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində göstərilir ki, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir Həmin Məcəllənin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarına əlavə edilmiş Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qeyd olunan material Qaradağ rayon məhkəməsinə aidiyyatı olmadığına görə geri qaytarılsa da, həmin materialda heç bir düzəliş edilmədən yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Google maps” vasitəsi ilə çıxarılmış ərazi hüdudlarına dair bir ədəd foto şəkil isə heç bir sübut əhəmiyyətinə malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.2-ci maddəsində göstərilir ki, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC, üzərinə düşən öhdəliyi düzgün icra etməməklə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmışdır. Göründüyü kimi Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində deyil, ödənişlərin edilməli olduğu hüquqi şəxsin (yəni Bakı Baş Gömrük İdarəisnin) yerləşdiyi ünvanında baş vermişdir.Bundan başqa iş materiallarına Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayon ərazisində yerləşməsinə dair heç bir sübut da əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 505-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar