Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1039/2020 15.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Hüquq şöbəsinin Hüquqi təminat sektorunun baş məsləhərçisi X1 iştiakı ilə, xx.xx.1972-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Qobustan rayonu, Qobustan şəhərində yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx xxxxx 2018-ci il tarixli 003039 saylı inzibati protokoldan aydın olmuşdur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə Qaradağ rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirdikləri zaman “Ford Transit” minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə daşımalarını yerinə yetirmiş Şəxs Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün xx.xx.2018ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş və həmin material xx.xx.2018-ci il tarixdə icraata qəbul edilmişdir. Bundan sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 552-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra Şəxs qərardan narazı qalaraq xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1067/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək iş üzrə inzibati materiala baxılması üçün yenidən Qaradağ Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Hüquq şöbəsinin Hüquqi təminat sektorunun baş məsləhərçisi X2 öz izhatında prtokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, inzibati protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli 003039 saylı protokolunNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətin aparıcı məsləhətçisi tərəfindən tərtib olunması müəyyən edilsə də, onun həmin protokolu tərtib etmə səlahiyyətinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş mtaeriallarında Şəxs həqiqətəndə qeyd olunan inzibati xətanın törətməsinə dair hər hansı bir sübutda mövcud deyildir. Ona görə də məhkəmə bu halı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll etməklə inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqdainzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1039/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1039/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver