Məhkəmə qərarları › İş №3(002)-1039/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1039/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1039/2021 19.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3, 10 saylı Vəkil bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1990-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, M.Qorki küçəsi, ev 33 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Yarəmədoğlu barəsində qanunsuz olaraq narkotik vasitələrin istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X6 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, M.Qorki küçəsi, ev 33 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Yarəmədoğlunun narkotik vasitənin istifadəçisi olub-olmamasının yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzinə aparılmış və orada yoxlanılmışdır. Həmin mərkəzdən alınmış 22 may 2021-ci il tarixli 1546 saylı prokoldan məlum olmuşdur ki, müayinə zamanı Şəxs Yarəməd oğlunda narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Əhmədəliyev Murad Gülverdi oğlu tərəfindən 19 iyun 2021-ci il tarixdə yuxarıda qeyd olunan məsələ ilə bağlı qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Yarəmədo ğlunun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PBnin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X6 daha sonra bildirmişdir ki, iş həcminin çoxluğuna görə bundan sonra 19 avqust 2021-ci ildə Şəxs Yarəməd oğlu barəsində İXM-nin 206-ci maddəsinə əsasən inzibati protokl tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs 2017-ci ildə Qaradağ rayon məhkəməsinin hökmü ilə CM-nın 228.1-ci, 228.4-cü və 229.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum edilmiş və yaşadığı ərazidə müsbət xarakterizə edilmir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yarəmədoğlu məhkəmədə izahat verərək bildirmişdir ki, o, əvvəllər də bir neçə dəfə narkotik vasitə qəbul etmiş, o, narkoloji dispanserdə müəayinədən keçirilmiş və onda narkomaniya xəstəliyi aşkar olunmamaqla ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Onun barəsində 19 avqust 2021ci ildə inzibati protokol tərtib edilmişdir. Əməlindən peşiman olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 27 may 2021-ci il tarixli, 1628 saylı rəyindən aydın olur ki, Şəxs Yarəməd oğlunda psixatrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, halhazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müaynə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş MN ******* saylı 19 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs Yarəməd oğlunun barəsində özünün iştirakı ilə İXM-nin 206-ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Əhmədəliyev Murad Gülverdi oğlu tərəfindən 19 iyun 2021-ci il tarixdə yuxarıda qeyd olunan məsələ ilə bağlı qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan aydın olur ki, Şəxs Yarəmədoğlunun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, Şəxs Yarəmədoğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X12 oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55,115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 16 (on altı) gün müddətə inzibati qaydada həbs edilsin.

2. Həbs müddətinin əvvəli 19 avqust 2021-ci il saat 18:00-dan hesablansın.

3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PB-nə həvalə edilsin.

4. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.

5. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkizi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün.

6. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar