Məhkəmə qərarları › İş №3(002)-104/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-104/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-104/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X4, Vİ X7 Xidməti inspektoru X1 iştirakı ilə, X4 Vİ X7 Xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş 02 noyabr 2022-ci il tarixli TP ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Vİ X7 Xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş 02 noyabr 2022-ci il tarixli TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vİ X7 Xidməti inspektoru X2 tərəfindən 02 noyabr 2022-ci il tarixli protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 02 noyabr 2022-ci il tarixli TP ******* saylı qərarı ilə o, İXM-nin 327.4-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o xx.xx.2022-ci il tarixdə saat 15:59-da Bakı şəhəri, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi ərazisində etibarnamə ilə idarə etdiyi “Vaz 21043” minik markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə qaydaları pozmuşdur. xx.xx.2022-ci il tarixdə Qobustan qəsəbəsinin çıxacağında yanacaq doldurmadan çıxıb torpaq yolla qəsəbəyə getmişdir. Həmin vaxt yol birtərəfli olmamış və o, heç bir qayda pozuntusu etməmişdir. Həmin yerdə yəni torpaq yolda hərəkətin birtərəfli olmasına dair heç bir nişan olmamışdır. Onunla əks istiqamətdə hərəkət edən polis əməkdaşı onu saxlatmış və qanun pozuntusuna yol verdiyini bildirmişdir. Lakin buna dair heç bir görüntü olmamış və o, həmin protokolla razı olmadığını bildirmişdir. Səhəri gün o bu barədə 102 xidmətinə, DİNnə məlumat versə də heç bir araşdırma aparılmadan həmin gün də onun cərimə olunmağına dair qərar qəbul edilmişdir. Qərarda qeyd edildiyi kimi o heç vaxt Kəşfiyyatçılar küçəsi ilə hərəkət etməmiş və polis əməkdaşının saxlatdığı ərazidə Kəşfiyyatçılar küçəsinə aid olmamışdır. Barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Onun etdiyi qanun pozuntusu foto ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməyib, qanun pozuntusu etməyinə dair foto və ya video materiallar da elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6 və 122.3.1-ci maddələrinə ziddir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Vİ X7 Xidməti inspektoru X2 bildirmişdir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. İnzibati xəta törədən şəxs Adil Kərimov saxlanılarkən törətdiyi əməli etiraf etmiş, yalnız yol çiyninin yolun tərkib hissəsinə aid olmadığını bildirmişdir. Bütün bunlar videogürüntüyə alınmışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi şikayətçi X4 izahatı, iş materialları və videogörüntü ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Vİ X7 Xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş 02 noyabr 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar