Məhkəmə qərarları › İş №3(002)-1040/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1040/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1040/2020 04.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Tərtər rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan Tərtər rayonu Seyidli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Şəxs xx.xx.2020-ci il tarixdə Bakı-Qazax Gürcüstan yolunun 65-ci kilometrliyində sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın polis serjantı X2 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın polis serjantı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 06:00 radələrində “Mercedes Sprinter” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü 1977-ci il təvəllüdlü Tərtər rayonunda yaşayan Şəxs 4 nəfər Tərtər rayonu qeydiyyatı olan sərnişinləri Bakı şəhərinə gətirərkən Bakı-Ələt yolunun 65-ci kilometrliyində “Xüsusi Karantin” postunda yük avtomobilləri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə keçərək yoxlamadan yayınmış, ona işarə verən YPXİ-ni saxlama tələbinə əməl etməyərək mikroavtobusda olan sərnişinləri Bakı şəhərinə gətirərək karantin rejiminin pozulması halının yaranmasına səbəb olmuşdur. Sürücü sərnişinlərlə birlikdə 719 saylı DYP postunda saxlanılaraq icazələrinin olub olmaması yoxlanılmış və müəyyən olunmuşdur ki, sürücü Şəxs və avtomobildə olan 4 nəfər sərnişinin Bakı şəhərinə girişinə icazəleri yoxdur. Bundan sonra sərnişinlər barəsində İXM-nin 211-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol əsasında cərmə olunaraq geri qaytarılmışlar, həmçinin sürücü Şəxs barəsində ciddi tədbir görülməsi üçün İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə təqdim olunması qərara alınsa da sonuncu həmin vaxtı postdan uzaqlaşaraq ərazini tərk etmiş bu səbəbdən də həmin gün məhkəməyə təqdim olunması mümkün olmamışdır.Lakin vətandaş Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Bakı-Qazax- Gürcustan yolunun 47-ci km yerləşən 719 saylı YPX postuna könüllü gəlmiş, bundan sonra Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə bakı şəhər Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən səhər saat 06 radələrində içərisində 15 nəfər rayon qeydiyyatlı sərnişin ilə birlikdə etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” nömrəli mikroavtobusla Tərtər rayonundan Bakı şəhərinə gələrkən Bak şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsində quraşdırılmış xüsusi karantin postunda yoxlama məntəqəsində polis əməkdaşlarının başının qarışıq olmasından isifadə edərək yoxlamadan yayınıb postu keçərək üzü Bakı şəhərinə doğru hərəkət etmiş, bir qədər hərəkət etdikdən sonra qarşıda olan 719 saylı YPX postunda polis əməkdaşları ona idarə etdiyi avtomobili saxlaması üçün saxla işarəsi vermişlər, o avtomobili saxlamış, bundan sonra polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib icazələrinin olubolmamasını soruşmuşlar və müəyyən olunmuşdur ki, onun və avtomobildə olan sərnişinlərdən 4 nəfərinin icazəsi yoxdur. Mikroavtobusda olan Tərtər sakinləri barəsində protokol tərtib edilmiş və yaşadıqları Tərtər ərazisinə geri qaytarılmışlar. Özünün isə barəsində protokol tərtib olunaraq 14:00 radələrində Qaradağ rayon Məhkəməsinə baxılacağı deyilsə də, lakin həmin vaxt ona evdən zəng gələrək anasının vəziyyətinin ağır olduğunu bildirmişlər, bu səbəbdən də həmin gün yenidən heç kimə demədən icazəsizTərtər rayonuna qayıtmışdır. xx.xx.2020-ci tarixdə anasının vəziyyəti yaxşı olduqdan sonra Bakı şəhərinə qayıdıb Bakı-Qazax- Gürcustan yolunun 47-ci km yerləşən 719 saylı YPX postuna könüllü gəlmiş və həmin gün barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən tərtib edilmiş protokol üzrə tədbir görülməsi Qaradağ rayon Məhkəməsinə getmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, bir daha anoloji hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağı olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: Yol patrul xidməti alayının 6-cı tağımının komandiri Etibar İbrahimovun xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:00 radələrində “Mersedes Sprinter” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Şəxs 4 nəfər Tərtər rayon qeydiyyatı olan sərnişinləri Bakı şəhərinə gətirərkən Bakı-Ələt yolunun 65-ci km-də “Xüsusi karantin ” postunda yük avtomobilləri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə keçərək yoxlamadan yayınmış, ona işarə verən YPXİ-ni saxlama tələbinə əməl etməyərək avtomobildə olan sərnişinləri Bakı şəhərinə gətirərək karantin rejiminin pozulması halının yaranmasına səbəb olmuşdur. Sürücü sərnişinlərlə birlikdə 719 saylı DYP postunda saxlanılmış, sərnişinlər barədə İXM-nin 211-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş , yaşadıqları ünvan üzrə geri qaytarılmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli, 236 nömrəli qərarının 1.2-ci bəndinə əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahının qeyd edilən qərarlarında nəzərdə tutulmuş qaydada müvafiq icazəsi olmayan sərnişinləri Bakı şəhərinə gətirməyə cəhd etmişdir. Qeyd olunan halı Şəxs oğlu mübahisələndirməyərək etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar